Bazar ertəsi, 6 Aprel, 2026

"DevelUp Youth" təlimləri


  • Dərc edildi: 7 Dekabr, 2018 - 16:43
"DevelUp Youth" təlimləri

Dəyərli Gənclər, AYAFE, AIESEC ilə birgə, dekabr-yanvar ayları ərzində həyata keçirəcəyi “DevelUp Youth” adlı təlimlər silsiləsinə qeydiyyat elan edir. Təlimlər zamanı gənclərimizə xarici ölkələrdən dəvət olunmuş təcrübəli təlimçilər tərəfindən məşğələlər keçiriləcəkdir. Silsilə təlimlər dekabr ayının 8-i başlayacaq və hər həftə bir dəfə olmaqla 5 mərhələdə həyata keçiriləcəkdir. Hər bir təlim 2 saat davam edəcək. Bu layihə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” və AR Gənclər Təşkilatları Milli Şurası təşəbbüsü ilə keçirilən "Qadın zorakılığına qarşı mübarizə" kampaniyalarında qeyd olunan problemlər barədə maarifləndirməyə dəstək məqsədilə həyata keçirilir. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək və ingilis dilində keçiriləcəkdir (təlimlər zamanı sinxron tərcümə olacaq): 1. Public Speaking 2. Time-management 3. Career Development and Gender 4. Effective Decision-making 5.

LeaderX: Find your way Bu təlimlərdə iştirak etməklə öz karyera quruculuğunuz və şəxsi inkişafınız üçün xarici təcrübələri öyrənəcək və onları praktiki olaraq təcrübədən keçirəcəksiniz. Təlimlər, yeniliyə açıq və uğurlu karyera planları olan bütün gənclərimizin üzünə açıqdır və tamamilə ödənişsizdir. Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur. Qeydiyyatdan keçmək üçün aşağıda (↓↓↓) yerləşdirdiyimiz link`ə daxil olmalısınız. Qeydiyyat üçün link: https://goo.gl/VZ8Cpf Qeyd 1: Hər bir mövzu gender problemləri ilə əlaqələndiriləcək. Qeyd 2: İştirak haqqı qazanmış iştirakçılarla dekabrın 5-nə qədər, qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail vasitəsilə əlaqə saxlanılacaq. Qeyd 3: Minimum 3 təlimdə iştirak etmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 269
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 441
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 99
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 95
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1141
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 597
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 326
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 590
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 184
VI Azərbaycan Astron...