Çərşənbə, 25 Mart, 2026

DİGİ TALKS’UN SPİKER VƏ MÖVZULARI ELAN OLUNDU


  • Dərc edildi: 26 Yanvar, 2019 - 07:38
DİGİ TALKS’UN SPİKER VƏ MÖVZULARI ELAN OLUNDU

Tədbir fevral ayının 24-ü Caspian Business hotelində keçiriləcək. DigiTalks tədbirinin məqsədi informasiya texnologiyaları sahəsində oxuyan və çalışan insanlar, həmçinin texnologiya sevərləri bir araya toplamaq, müxtəlif mövzular ətrafında müzakirələr və maarifləndirmədir. 14:00-dan 19:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək: • Ramin Orucov: “Big data və data analitikanın əhəmiyyəti” • Cəmşid Naxçıvaniski: “Elektron hökumətlə bağlı yeni yanaşmalar, yeni xidmət modeli” • Elnur Babayev: “İdeyadan biznesə” • Rəşad Camal: “Blockchain” • Elşad Yusifli: “IT məhsulların effektiv yaradılması” • Qərib Mehdiyev: “Outsource zamanı proqramçılarla necə işləməli” • Mahir Quluzadə: “Ənənəvi və yeni nəsil verilənlər bazaları – doğru seçimi necə etməli�

� #DigiTalks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir. Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (30 AZN-lik) bilet alaraq qatıla bilərlər. Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. Qeyd: 1 fevral tarixinə qədər biletlər (20 AZN) olacaqdır, endirimli qiymətdən yararlana bilərsiniz. Biletləri əldə etmək üçün: +994 70 695 91 92 nömrəsinə whatsapp vasitəsilə yaza və ya zəng edə, həmçinin [email protected] mail ünvanına ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yaza bilərsiniz. Təşkilati komanda ən qısa zamanda sizinlə əlaqə saxlayacaq. Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 145
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 290
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 55
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...