DİM mayın 20-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirəcəkdir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən

abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.


İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt,

Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində

ümumilikdə 62 binada aparılacaq. İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri

və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri,

mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin

rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının

girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün

“stasionar metal axtaran aparat”lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə

təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi

Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün

imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş

Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur.

Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan

verəcək.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV

qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə

569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554

nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV

qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər

əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81

nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin

məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci

ildən, ən gənci isə 2003-ci ildəndir.

Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162,

Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739,

Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.



İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də

akkreditasiyadan keçmişdir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan

etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap

edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur.

Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli

olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam

edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər

digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin

3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq

olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı

vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına

buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının

ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan

“Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən

imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı

geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni

zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir

abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet

saytında yerləşdiriləcək.




Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında

iştirak edəcək abituriyentlər nəzərinə!

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında

iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün

http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən

sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət

vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi

tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm

ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq

olduqda, abituriyent imtahana buraxılmır.


Paylaş