Çərşənbə axşamı, 28 Oktyabr, 2025

DİM-in regional bölmələrində “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb


  • Dərc edildi: 10 Aprel, 2018 - 23:20
DİM-in regional bölmələrində “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz
əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb
“Abituriyent Məsləhət Mərkəzləri”ndə əməkdaşlarımız abituriyentlərə tələbə qəbulu
qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron
ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək
texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan
məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar
günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət
göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:
Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Nizami küçəsi, 10
+99 (036 5) 44 04 02;
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43
+99 (020 27) 4 66 74;
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182
+99 (024 24) 4 66 14;
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b
+99 (023 32) 5 01 21;
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52
+99 (025 25) 5 24 82;
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina
+99 (022 25) 6 50 67;
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19
(021 21) 5 15 23;
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100
(020) 205-01-86.
Xatırladaq ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan
Universitetində yaradılıb həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat
10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində
yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi
haqqında əlavə məlumat veriləcəkdir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 304
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 323
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 40
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 44
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 37
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 193
Dövlət İmtahan Mərkə...