DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən şəxslərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal

nəzarətçisi qismində iştirak etmək istəyən şəxslərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması

məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların məzmun, model

və texnologiya və baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin

təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha

geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsini tələb

edir. Bu tələbin qarşılanması məqsədilə zal nəzarətçisinin fəaliyyətinin

sertifikatlaşdırılması zərurəti meydana gəlmişdir.

Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması

məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır.

Sertifikat almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan,

məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı

olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-

olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas

dərəcəsi olanlar), yaşı 25-40 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55)

arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk

olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq

kabinet”

açmalı


daha

sonra buradan qeydiyyatdan

keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra qeydiyyat vərəqini çap edir,

imzalayır və aşağıdakı sənədləri də əlavə edərək “Şəxsi kabineti”ndə (və ya e-

mailinə, mobil telefonuna göndərilən bildirişdə) göstərilən tarixdə Bakıda DİM-in

mərkəzi binasına, regionlarda isə Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay,

Şəmkir və Şirvan Regional Bölmə mərkəzlərinə şəxsən müraciət edirlər.

İmzalı qeydiyyat vərəqi;

Ərizə

Şəxsiyyət vəsiqəsi

Ali təhsil haqqında sənəd (diplom)

İş yeri haqqında arayış (olduğu təqdirdə)

Məhkumluğun olmaması barədə arayış

İlkin mərhələdə namizədin sənədləri yoxlanır və təhsili, fəaliyyəti, iş

təcrübəsi və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir. Müsahibənin

nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji


vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan

ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat

namizədin şəxsi kabinetində yerləşdirlir (və ya e-mailinə, mobil telefonuna bildiriş

göndərilir). Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş

şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd test imtahanında iştirak

etmədikdə və ya keçə bilmədikdə ödəniş geri qaytarılmır.

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir.

İntellekt səviyyəni yoxlayan test imtahanından 60% müsbət nəticə göstərməyən ya

psixometriya testlərinin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə

buraxılmır.

Təlimlər iki günlük- intensiv formada təşkil olunacaq. Təlimin birinci günü

ASAN Təlim-Tədris mərkəzi ilə birgə, ikinci günü və yekun imtahan mərhələsi isə

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet

vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi

nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar

(16-20 nəfərlik) komplektləşdirildikdən sonra elektron məktub və ya SMS

məlumatlandırma yolu ilə namizədə bildirlir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir.

İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan

Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq

kateqoriya alaraq daxil edilir, 85%-100% nəticə göstərənlər “A”, 60%-84% nəticə

ğöstərənlər isə “B” kateqoriyası alırlar. İmtahanlara təyinat zamanı fəaliyyəti

sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək.

Qeydlər:


“Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma

prosesinin müsahibə mərhələsindən, ümumi intellekt səviyyəsinin

yoxlanılması üçün test imtahanından və yekun imtahandan, eləcə də

nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar.


Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, Mərkəzin M.Müşviq

1M ünvanında yerləşən binasına (Telefon : 502-47-58 ( daxili:2-25 ))

və ya regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz.



Paylaş