Çərşənbə, 4 Mart, 2026

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi


  • Dərc edildi: 15 Noyabr, 2018 - 16:46
“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsini elan olunur. Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirməlidir. İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2018-ci il noyabr ayının 30-nadək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə 051 310 74 01 göndərməlidir.  

  • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı
    nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
  • Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
  • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
  • Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq. Həmçinin müxtəlif təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatları olacaq.
 
  • Milli mövzu - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Müasirliyin təbliği - AzTv
  • Vətənpərvərlik mövzusu - Xətai Rayon İcra Hakimiyyəti
  • Ən yaxşı mövzu seçimi - Azərbaycan Rəssamlar İttifaqı
  • Ən yaxşı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
  • Ən balaca iştirakçıya - 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi
  • Ən yaxşı rəng duyumu – Xətai Sənət Mərkəzi
  • Sərbəst fikir ifadə etdiyinə görə - “Sənətşünaslığın Təbliği” İctimai Birliyi
  • Ən yaxşı etüdə görə - “Yeni Gallery” Qalereyası
  Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək. Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 877
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 288
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 239
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 446
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 106
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 336
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 434
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 526
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 659
Qarabağda iş imkanla...