Çərşənbə axşamı, 3 Mart, 2026

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin SƏRGİsi


  • Dərc edildi: 21 Dekabr, 2019 - 14:08
“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin SƏRGİsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır. Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər. Şərtlərimizə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götülməklə, ən əsası ən az müdaxilə (müəllim və valideynlər) olunmuş əsərlər, həmçinin, əvvəlcə təqdim olunmamış əsərləri seçməyə çalışmışıq. 25-26 dekabr 2019-cu il tarixlərində sərgilənmək üçün seçilmiş 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşaq hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzinə dəvət olunub. Müsabiqədə ən azı 4 üzvü ilə təmsil olunan tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.), o cümlədən, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, H.Abbasov

adına Maştağa Mədəniyyət mərkəzi, 1 Nömrəli UGİM, 183 saylı körpələr evi-uşaq bağçası, Şamaxı ş. Incəsənət Təhsili Mərkəzi Ressamlıq şöbəsi, 4 nömrəli UİM, 2 nömrəli UGİM, 2 nömrəli Xüsusi İnternat Məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq şöbəsi, Gəncə ş. UİM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Əhməd Bakıxanov adına UİM, İsmayıllı r. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəb, Şirvan Dövlət Rəsm Qalereyası, Şəki şəhəri UİM, Göyərçin rəsm kursu, Balaxanı Mədəniyyət evi, 2 saylı İncəsənət məktəbi, 147 saylı texniki humanitar liseyi, 58 nömrəli məktəb, Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbi, Nizami tədris mərkəzi, Respublika UGİM təşəkkürnamə ilə təltif olunacaq, əsəri sərgilənən müəlliflər diplomla təltif olunacaq. Mükafat fondu olaraq müsabiqədə ən çox əsəri ilə təmsil olunan tədris mərkəzi kimi Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgisini keçirmək şansı qazanıb. İkinci mükafat fondu olaraq sərgidən ən yaxşı əsərlərin müəllifləri özünün 5 əsəri ilə kollektiv sərgiyə dəvət olunacaq və həmin gün plener zamanı ərsəyə gətirdiyi bir əsəri ilə sərgi plenerdə iştirak etmək şansı qazanacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. Qeyd: Müsabiqəyə www.xsm.az saytında tədbirlər bölümündəki “DOĞMA DİYAR” afişasına toxunmaqla və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 841
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 276
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 235
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 439
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 102
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 330
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 427
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 518
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 655
Qarabağda iş imkanla...