Çərşənbə axşamı, 24 Mart, 2026

Dövlət Neft Fondu tələbələr arasında “Stock Pitch” müsabiqəsini elan edir


  • Dərc edildi: 8 Mart, 2019 - 23:38
Dövlət Neft Fondu tələbələr arasında “Stock Pitch” müsabiqəsini elan edir

Uğurlu səhm seçimi müsabiqəsi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar. Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda şəklində olmaqla eyni universiteti təmsil etməlidirlər. Müraciətlər həm azərbaycan, həm də ingilis dilində qəbul olunur. Müsabiqədə iştirak üçün qeydiyyat formasını doldurub iştirakçıların CV-ləri ilə birlikdə [email protected] elektron ünvanına 4 aprel 2019-cu il tarixindən gec olmamaq şərti ilə göndərməyiniz xahiş olunur. Qeydiyyat formasının Azərbaycan dili versiyasını bu linkdən, ingilis dili versiyasını isə bu linkdən yükləyə bilərsiniz. Müsabiqənin mərhələləri aşağıdakı kimidir:
  • Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi: 4 aprel 2019
  • Növbəti mərhələyə keçəcək komandaların açıqlanması: 10 aprel 2019
  • Seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi: 13 aprel 2019
  • Səhm üzrə təhlilin təqdim edilməsi: 13 may 2019
  • Yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması: 22 may 2019
  • Yarım-final və final mərhələlərinin keçirilməsi: 24 may 2019. Komandalar öz təhlilləri əsasında münsiflər heyətinin qarşısında qısa bir çıxış edərək onları seçdikləri səhmin nəyə görə yaxşı investisiya olduğuna inandırmalıdırlar.
Mükafatlar: 1-ci yer: 5 000 AZN 2-ci yer: 3 000 AZN 3-cü yer: 1 000 AZN Müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər. “Stock pitch” nədir? “Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:
  • tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;
  • həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;
  • təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 251
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 52
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 52
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1054
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 503
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 288
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 532
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 154
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 412
Digital Marketing üz...