Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi
müsahibə elan edilmişdir.
2019-cu il 5 noyabr tarixində 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci
təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı
verilmişdir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti
orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin
A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati
vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin
4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin
hazırlanması mərkəzində direktor müavini vəzifələridir. Ümumilikdə isə, Kənd
Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya
Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali
Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2,
Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya
Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına
çıxarılmışdır.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların
rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin
qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi
müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə
müraciət Forması” vasitəsilə 5 noyabr 2019-cu il tarixindən 25 noyabr 2019-cu il
saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil
edərək qeydiyyatdan keçməlidir.
Dövlət qulluğunun B növünə (inzibati-icraçı) aid vakant inzibati
vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi
elan edilir
2019-cu il 5 noyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə
hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı
üzrə B növünə aid olan ümumilikdə 29 dövlət orqanında 135 vakant vəzifənin
tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilmişdir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları,
müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının
internet saytlarında yerləşdirilmişdir.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə
bilər. Müsahibədə iştirak üçün namizədlər 5 dekabr 2019-cu il saat 18:00-dək (30
gün
müddətində)
“Dövlət
qulluğu
üzrə
müraciət
Forması”nı
(https://eservices.dim.gov.az/dqq/Home/Login)
doldurmaqla
qeydiyyatdan
keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə
dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və
qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi
şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant
vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə
iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə
portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin
müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən
yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün
qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə
elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan
çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə
müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü
müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün
qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun
tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar
verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız
hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən
qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə
nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid
olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı
qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid
olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda
vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı
sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən
edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox
vakant vəzifə Maliyyə Nazirliyi (26 vəzifə) və Bakı şəhəri Xəzər Rayon
Məhkəməsi (10 vəzifə) tərəfindən təqdim olunmuşdur.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr
haqqında məlumat aşağıda qeyd edilmişdir:
1
Ağdam Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
2
Ağstafa Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
3
Ağdaş Rayon Məhkəməsi (4 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə
4
Bakı şəhəri Xəzər Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
5
Beyləqan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə
6
Biləsuvar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə
7
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (5 vəzifə) – BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə
3 vəzifə
8
Fizuli Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə
9
Cəlilabad Rayon Məhkəməsi (6 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5 vəzifə
10 Gədəbəy Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
11 Gəncə Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə
12 Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 7 vəzifə
13 Gəncə şəhəri Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə
14 Hacıqabul Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə
15 Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə
16 İsmayıllı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə
17 Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə
18 Maliyyə Nazirliyi (26 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 25 vəzifə
19 Naftalan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
20 Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
21 Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə
22 Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə
23 Sumqayıt Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə
24 Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (5 vəzifə) – BA3 altqrupu
üzrə 2, BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 1 vəzifə
25 Oğuz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
26 Qazax Rayon Məhkəməsi (5 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4 vəzifə
27 Şabran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
28 Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə
29 Zaqatala Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılmış 135 vakant vəzifənin 1-i 4-cü təsnifata,
27-si 5-ci təsnifata, 9-u 6-cı təsnifata, 98-i isə 7-ci təsnifata aid olmaqla, 28-i BA,
107-si isə BB vəzifə qrupuna aiddir.