Çərşənbə, 25 Fevral, 2026

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumimüsahibə elan edilmişdir


  • Dərc edildi: 22 May, 2019 - 17:12
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumimüsahibə elan edilmişdir

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilmişdir Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il 16 may tarixində 5 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilmişdir. Mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 27-si isə B növü vəzifələrə (inzibati icraçı) aiddir. Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında şöbə müdiri, İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və dövlət orqanı rəhbərinin müşaviri, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan Ekologiya və Təbii S�

�rvətlər Nazirliyində regional bölmənin rəhbərinin müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 vəzifə, Maliyyə Nazirliyində 21 vəzifə, İqtisadiyyat Nazirliyində 3 vəzifə, Hesablama Palatasında 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 32 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır. Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 16 may 2019-cu il tarixindən 14 iyun 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Ən Son Məqalələr

Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 165
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 212
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 408
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 80
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 272
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 390
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 486
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 614
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 125
Bu il keçiriləcək bu...