Şənbə, 5 Sentyabr, 2026

Dövlət qulluğu üzrə müsahibələrə müraciət etmiş, lakin hərbi xidmətə çağırılmış namizədlərin nəzərinə!


  • Dərc edildi: 8 Oktyabr, 2020 - 21:49
Dövlət qulluğu üzrə müsahibələrə müraciət etmiş, lakin hərbi xidmətə çağırılmış namizədlərin nəzərinə!

Dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş, lakin səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış namizədlərin nəzərinə! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir. Hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan ke

çmiş vətəndaşlar da vardır. DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır. İnanırıq ki, rəşadətli Azərbaycan ordusu qısa bir müddət ərzində düşməni məğlub edəcək və öz tarixi torpaqları, doğma vətəni uğrunda döyüşən igidlərimiz tezliklə qələbə sevinci ilə geri dönəcəklər. Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırırıq ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcəkdir.

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 53
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 422
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 183
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 370
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 448
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 564
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 544
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 732
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 770
Təcrübə proqramları ...