Dövlət qulluğunda VAKANSİYALAR: 17 dövlət orqanı üzrə 514 vakant yer!

İnzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü)

dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət

orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı

vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin

müsahibə mərhələsini elan edir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 may 2018-ci il

tarixinədək davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə

proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini

təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu

üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda

və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd

portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və

12 aprel 2018-ci il tarixindən 12 may 2018-ci il saat 18:00-dək (30 gün müddətində)

Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu

haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə

müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab

verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə

cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə

portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq

vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq

edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə

elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar

aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək

üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda,

namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən

təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar

edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və

namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız

hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu

dövlət orqanının internet saytından tanış olmaq olar.



Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin

portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında

yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda

vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən

biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant

inzibati vəzifə Kənd Təsərrüfatı Nazirliyi (443), Maliyyə Nazirliyi (17) və Gənclər və

İdman Nazirliyi (14) tərəfindən təqdim olunmuşdur.

Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:

Kənd Təsərrüfatı Nazirliyi (443 vakant vəzifə) BA3 altqrupu üzrə 24, BA4 altqrupu

üzrə 3,BB1 altqrupu üzrə 27, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 287, BB4

altqrupu üzrə 100;

Gənclər və İdman Nazirliyi (14 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu

üzrə 11;

Maliyyə Nazirliyi (17 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 14

Təhsil Nazirliyi (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB4

altqrupu üzrə 2;

ASAN (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 4;

Füzuli Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Hacıqabul Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəmkir Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Şirvan Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Tovuz Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Yevlax Rayon Məhkəməsi (3 vakant vəzifə) BB4 altqrupu üzrə 3;

Ağstafa Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Gəncə Hərbi Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəki Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Lənkəran Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5 yer.

Müsabiqəyə çıxarılmış 514 vakant inzibati vəzifədən 64-ü BA vəzifə qrupu, 450-si isə

BB vəzifə qrupuna aiddir.


Paylaş