Çərşənbə axşamı, 23 Dekabr, 2025

Dövlət Qulluğunda inzibati icraçı vəzifələrə qəbul davam edir


  • Dərc edildi: 31 Yanvar, 2018 - 06:30
Dövlət Qulluğunda inzibati icraçı vəzifələrə qəbul davam edir

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir Dövlət İmtahan Mərkəzi tərəfindən 11 və 26 yanvar 2018-ci il tarixlərində inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir Yanvarın 11-də elan olunmuş inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1129 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcəkdir. Hazırda qeyd olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 801 nəfərdir. Yanvarın 26-da elan olunmuş inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat isə fevralın 23-dək davam edəcəkdir və hazırda müsahibə üçün qeydiyyatdan keçənlərin sayı 53 nəfərdir. 11 yanvar 2018-ci il tarixində elan olunmuş müsahibəyə ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur: Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə), Dövlət Statistika Komitəsi (78 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə). 26 yanvar 2018-ci il tarixində elan olunmuş müsabiqənin müsahibə mərhələsinə isə Təhsil Nazirliyi rayon təhsil şöbələrində olan 189 vakant icraçı vəzifə təqdim olunmuşdur. Xatırladaq ki, müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən Respublikamızın rayon və şəhərlərind

ə yerləşən qurumlardadır. Bu bölgələrdə yaşayan, eləcə də orada işləmək istəyən vətəndaşlar üçün bir fürsətdir. Rayonlarda da dövlət qulluğunda çalışmaq üçün yüksək ixtisaslı kadrlara ehtiyac var və vətəndaşlar bu imkandan yararlanmalıdırlar. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış ola bilərsiniz. Qeyd edək ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı fevralın 18-də keçiriləcək və bu imtahana qeydiyyat fevralın 11dək davam edəcəkdir. İmtahanda iştirak etmək üçün hazırda 153 nəfər qeydiyyat keçmişdir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “İnzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat” vasitəsilə qeydiyyatdan keçməlidirlər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 32
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 194
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 49
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 50
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 70
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 662
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 263
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 269
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 572
Xalqları birləşdirən...