Bazar, 22 Mart, 2026

“DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir


  • Dərc edildi: 28 Yanvar, 2023 - 22:40
“DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi çərçivəsində “DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir. Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçiriləcək müsabiqəyə yaradıcılıq nümunəsi kimi ideyasını əks etdirən təsvir və tətbiqi sənət nümünəsi ilə yanaşı, bir texnoloji sistem təqdim etməklə qatılmaq olar. Müsabiqədə iştirak etmək üçün 2023-cü il 10 fevral tarixinədək Bakı Xətai Sənət Mərkəzinin Facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəyi əsərin fotosu ilə bərabər əsərin texnikası, materialı, adı, müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə qoşulmaq mümkündür. Qeyd edək ki, müasbiqədə

12 yaşdan yuxarı hər kəs iştirak edə bilər Ölçü və texnika sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir. Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır. Nümayiş olunan əsərlər geri qaytarılır Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində (051) 310 74 01 (whatsapp) nömrəsinə müraciət edə bilərlər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 198
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 45
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 47
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1046
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 488
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 283
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 527
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 149
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 405
Digital Marketing üz...