Çərşənbə, 4 Fevral, 2026

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!


  • Dərc edildi: 11 Fevral, 2019 - 21:43
“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı! “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən, AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilir. Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. İdeyası, biznesi və ya startapı olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək. Layihə çərçivəsində təlim kursları 4 bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək.İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək. Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İcti

mai Birliyi (DVC) “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubassiya Assosiasiyası”nın (NBIA) Azərbaycandakı tək tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü, “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatı, eləcə də 2013-cü ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatıdır. Layihədə iştirak üçün qeydiyyatdan keçməyiniz mütləqdir. Qeydiyyat linki: http://sahna.dvc.az Əlaqə vasitələri: 050497 44 55| [email protected] #apsc #sahna #speakout #dvc #ayf #youthinc

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 33
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 35
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 16
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 162
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 258
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 367
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 472
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 347
Ted1.az saytı SATILI...