Çərşənbə axşamı, 3 Mart, 2026

Əgər elmi tədqiqatla maraqlanırsınızsa, 3P Workshopu tam sizin üçündür!


  • Dərc edildi: 25 Oktyabr, 2023 - 15:16
Əgər elmi tədqiqatla maraqlanırsınızsa, 3P Workshopu tam sizin üçündür!

  Elmi məqalə necə yazılır? Akademik poster və prezentasiyalar necə hazırlanır? Azərbaycan Neyroelm Cəmiyyəti, 24-26 Noyabr tarixlərində, International Brain Research Organization (#IBRO) partnerliyi ilə, “3P necə effektiv hazırlanır: Paper, Poster, Presentation” mövzusunda workshop təşkil edəcək. Bu workshop Azərbaycanın elmi ictimaiyyətində məlumatların səmərəli təqdim edilməsi və kommunikasiyadakı bilik boşluğunu aradan qaldırmaq məqsədi daşıyır. İnanırıq ki, məqalələrin yazılması (“Paper”), Posterlərin tərtib edilməsi (“Poster”) və təqdimatların keçirilməsi (“Presentation”) bacarıqlarının təkmilləşdirilməsi Azərbaycanda aparılan tədqiqatların keyfiyyətinə müsbət təsir göstərəcək. Bu hibrid təlim elmi ünsiyyət bacarıqlarını və tədqiqatlarının təsirliliyini artırmaq istəyən tələbələr, alimlər və tibb mütəxəssisləri üçün nəzərdə tutulub. Bu workshop-da, həm Azərbaycandan, həm də xarici ölkələrdən dəvət olunan mütəxəssislər təcrübə və biliklərini iştirakçılarla bölüşəcəklər. Daha ətraflı məlumat üçün:

ce.az/3p/">https://neuroscience.az/3p/ Qeydiyyat: https://tinyurl.com/3Ptedbir Qeyd 1: Abşeronkənarı bölgələrdən qoşulmaq istəyən şəxslərin səyahət və oteldə qalmaq xərcləri [email protected] motivasiya məktublarını göndərdikləri zaman qarşılana bilər. *Tədbirə qeydiyyat haqqı 25€-dur. Bu məbləğ lunch və coffee-breakləri də əhatə edir. Onlayn qoşulmaq isə, 10€-dur* Qeyd 2: Eduonline.az izləyicilərinə özəl “eduonline2023” promokodunu daxil edərək 10%-lik endirimdən yararlana bilərsiniz. Email: [email protected] Nömrə wp-da: +994(51)5245339

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 836
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 276
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 235
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 438
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 101
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 330
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 427
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 518
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 653
Qarabağda iş imkanla...