Bazar, 15 Noyabr, 2026

"Təbiətin keşiyində" adlı düşərgə!


  • Dərc edildi: 10 Aprel, 2018 - 21:13
"Təbiətin keşiyində" adlı düşərgə!

IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən "Təbiətin keşiyində" adlı düşərgələrə start verilir. IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən "Təbiətin keşiyində" düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir. Şirvan Milli Parkında 5-6 may tarixində baş tutacaq düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s.

surprizlər gözləyir. Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər: Yaş həddi: 18-25 Təhsil: Ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış gənclər İştirakçı nəzərə almalıdır: - Su keçirməyən rahat ayaqqabı; - Gigiyena vasitələri (sabun, diş fırçası və məcunu, əl-üz dəsmalı; - Yemək dəsti (boşqab, çəngəl, qaşıq, stəkan, su qabı); - Ağcaqanada qarşı sprey; - Qalın üst geyimi (təhlükəsizlik baxımından, ətək və şort tipli geyimlər qadağandır). Qeyd: Düşərgənin müddəti 1 gecə 2 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar. Düşərgədə iştirak etmək istəyənlərdən öz CV-lərini 25 aprel 2018-ci il tarixinə qədər “təbiətin keşiyində” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 124
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 180
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 208
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 411
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1148
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 452
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 634
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 745
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 844
Trabzon Sağlamlıq Qr...