Bazar ertəsi, 23 Mart, 2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb


  • Dərc edildi: 18 Yanvar, 2019 - 07:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb

MÜSABİQƏ ÜZRƏ MÜSAHİBƏ “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib.

Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. ÜMUMİ MÜSAHİBƏ “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilmişdir. Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş ümumi müsahibə elanı çərçivəsində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 240
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 49
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 51
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1051
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 490
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 285
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 529
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 151
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 408
Digital Marketing üz...