Şənbə, 21 Mart, 2026

Elmi Modelləşdirmə: Siçovul Bığlarından Öyrəndiklərimiz - Seminar


  • Dərc edildi: 4 Aprel, 2018 - 18:01
Elmi Modelləşdirmə: Siçovul Bığlarından Öyrəndiklərimiz - Seminar

Elmi prosesin əhəmiyyətli parçası təbiətdən və ya laboratoriya təcrübələrindən əldə olunan datanı müxtəlif modellərlə ifadə etməkdən ibarətdir. Elmi modellər reallığı müxtəlif şəkildə sadələşdirib, onun hissələri arasındakı maraqlı əlaqələri qabardır. Məhdud sayda müşahidədən quraşdırılan modeldə irəli sürülən bu əlaqələrin universallığı isə daha sonra yeni təcrübələr vasitəsilə yoxlanır və zamanla model təkamül edib elmi anlayış şəklini alır. Siçovullar biologiyada ən çox istifadə olunan bioloji modellərdən biridir. Onlar tibbi biologiyadan tutmuş neyroelmə qədər bir çox araşdırma sahəsində elmi anlayışların doğuşunda birbaşa rol oynayıblar. Beyini öyrənən elm olan neyroelmdə siçovulların əhəmiyyəti mürəkkəb tapşırıqları yerinə yetirə bilmə qabiliyyətlərindən və

beyinlərinin asanlıqla manipulasiya edilə bilməsindən qaynaqlanır. Bu söhbətdə siçovulların toxunma duyğusunu əsas hissəsini təşkil edən bığ sistemindən danışacağıq. Toxunma duyğusunu siçovulların bığ sistemi üzərindən öyrənən çalışmalar üzərindən ümumilikdə elmi modellərin təbiəti və istifadəsini müzakirə edəcəyik. Bioqrafiya Ərtoğrul Alışbəyli Anatomiya və Hüceyrə Biologiyası üzrə bakalavr təhsilini McGill Universitetində (Montreal, Kanada) aldıqdan sonra təhsilini Amsterdam Universitetində davranış neyroelmi üzrə davam etmişdir. Hal-hazırda Beynəlxalq Ali Araşdırmalar Məktəbinin (Scuola Internazionale Superiore di Studi Avanzati, SISSA, Trieste, İtaliya) nəzdində yerləşən Toxunma Duyğusu və Öyrənmə Laboratoriyasında doktorantura təhsilini almaqdadır. tarix:05 aprel 19:00-20:30 məkan:Kaspian plaza 3 -cü mərtəbə

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 161
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 473
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 279
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 147
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 396
Digital Marketing üz...