Cümə, 20 Noyabr, 2026

Emosional Liderlik - Təlim


  • Dərc edildi: 13 Noyabr, 2018 - 21:57
Emosional Liderlik - Təlim

Uzun illər rasional intellekt insan potansialının əsas göstəricisi və fərqləndirmə əmsalı (IQ) kimi qəbul olunmuşdur. İnkişaf etmiş emosional intellektə sahib insanlar: - Özləri ilə ahəng içərisində yaşayırlar; - Daxili dialoqları güclüdür – davamlı şəkildə güclü və zəif tərəflərini, duyğularını təhlil edib, lazımi nəticələri çıxara bilirlər; - Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər; - Həyatlarındakı maneə və problemləri inkişafları üçün “dəvətnamə" sayırlar. Onlar gələcəyə nikbinliklə baxırlar – hər zaman özlərini ruhlandırır və həvəsləndirirlər; - Qrup, kollektiv və ya cəmiyyətdə hər zaman böyük simpatiya sahibi olurlar; - Onlarda sosial məsuliyyət hissi güclüdür; - Ünsiyyət bacarığının inkişaf etdirilməsi bu şəxsləri yaxşı dinləyiciyə çevririr; - Ətrafındakıları həvəsləndirməyi, ürəkləndirməyi və onlara dəstək olmağı sevirlər. Əgər siz də Emosional intellekt bacarığınızın hansı səviyyədə olmasını bilmək, onu inkişaf etdirəcək texnikalardan agah olmaq istəyirsinizsə, Hesab.az-ın dəstəyi ilə baş tutacaq təlimimizə qoşulun! İştirakçılar sertifikatlar ilə təltif olunacaqlar. Təlimin spikeri Elçin Əzimlidir.

Elçin bəy Azərsun Holdinq Təlim və tədris şöbəsinin müdiri, Biznes təlimçi, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditasiya edilmiş peşəkar kouçdur. İstanbul Universitetinin Politologiya Fakultəsindən məzun olmuşdur. Adler Kouçinq Məktəbinin məzunudur. 18 illik iş təcrübəsinə malikdir. www.coaching.az - şəxsi inkişaf portalının qurucusu və baş redaktorudur. ?İştirak ödənişsizdir. ?Qeydiyyat linki : https://docs.google.com/forms/d/1_2XXPK1XFXVMwkxe1H6YKGd3Jzu2HkQO_xSX1X_0kQc/edit ?Tarix: 18 noyabr ⏰Başlama saatı: 11:00 ?Ünvan: The Office ?Əlavə suallar üçün Gültən Əsgərli ilə +994707082268 əlaqə saxlaya bilərsiniz.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 166
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 212
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 237
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 445
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1185
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 480
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 662
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 785
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 870
Trabzon Sağlamlıq Qr...