Bazar ertəsi, 12 Oktyabr, 2026

Esse və dissertasiya yazmaq qaydaları - Ödənişsiz Təlim


  • Dərc edildi: 18 Fevral, 2018 - 17:24
Esse və dissertasiya yazmaq qaydaları - Ödənişsiz Təlim

”Qələm qılıncdan güclüdür” demişdir Vilyam Şekspir. Fikri düzgün, dəqiq və əsaslı formada ifadə edə bilmək elm sahəsində ən dəyərli keyfiyyətlərdən biridir. Bunun üçün isə hər bir elm sahəsində tətbiq edilən esse və dissertasiyaların yazılma qaydalarını bilmək şərtdir. Məhz bu məsələnin əhəmiyyətini dərk edərək, Azərbaycan Elm Assosiasiyası və İB Klub birlikdə ”Esse və dissertasiya yazmaq qaydaları” praktiki təlimini təşkil edir. 24 Fevral tarixində IB Klubun baş ofisində baş tutacaq təlim dünyanın nüfuzlu universitetlərində təhsil almış və çoxsaylı elmi işlər yazaraq bu sahədə böyük təcrübəyə malik gənclər tərəfindən keçiriləcək. Təlimdə bu qəbildən olan işlərin yazılma qaydaları və prinsipləri əyani nümunələr vasitəsilə öyrədiləcək.

Daha sonra isə, iştirakçılara öz təxəyyülləri əsasında kiçik məqalə yazmaq üçün imkan veriləcək ki, onlar da təqdimatçılar tərəfindən qiymətləndiriləcək. İştirakçılara təlimdə əhatə edilən məsələlərin yığcam şəkildə yerləşdirildiyi vərəqlər seminarın sonunda veriləcək. 3 saat davam edəcək təlim iki hissədən ibarət olacaq – dəqiq və humanitar elmlərdə esse və dissertasiya yazmaq qaydaları. İlk hissədə humanitar, ikinci hissədə isə dəqiq elmlər üzrə təlim keçiriləcək. Təlimdə iştirak edənlərə sertifikat veriləcək. Təlim ödənişsizdir. Təqdimatçılar: İnqilab Şahbazov (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi) Orxan Kərimzadə (London Imperial Kolleci) Ətraflı informasiya - https://azescience.org/telim-esse-ve-dissertasiya-yazmaq-qaydalari/

Ən Son Məqalələr

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 62
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 215
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 890
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 322
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 501
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 584
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 710
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 661
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 1152
“İbtidai sinif şagir...