Çərşənbə, 4 Noyabr, 2026

Festival çərçivəsində 100 qısa filmə pulsuz baxacaqsınız!


  • Dərc edildi: 11 Noyabr, 2018 - 00:32
Festival çərçivəsində 100 qısa filmə pulsuz baxacaqsınız!

Gözəl filmlər görəcəyik! Giriş sərbəstdir! 14-17 Noyabr,Bakıda saat 12 00- 16 00 Nizami Kino Mərkəzi, CinemaPlus 28 Mall Proqram: www.filmfestival.az Festival Haqqında:

“START” Beynəlxalq Qısa Filmlər Festivalı 2004-cü ildə “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festivalda yalnız azərbaycanlı gənclər iştirak edirdi.
Növbəti ildə festival digər ölkələrin gənclərini özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirdi. “START”ın təsisçi və təşkilatçılarının hədəfi Yaxın Şərq, MDB-də ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaq idi. Beləliklə, artıq “START” beynəlxalq status daşımağa başladı. 8 il ərzində “START”da 40-dan çox ölkənin (Türkiyə, Almaniya, Fransa, Bolqarıstan, Polşa, İspaniya, Cənubi Koreya, Estoniya, Serbiya, İslandiya, Portuqaliya, İsrail, İran, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Misir, Pakistan və s.) yaradıcı gəncləri iştirak edib. Festival beynəlxalq statuslu olduğu üçün onun münsiflər kürsüsündə də beynəlxalq tərkibli heyət əyləşir. Minimum güzəşt və maksimum istedada üstünlük verən “START” Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, aralarından ən yaxşıları qiymətləndirmək, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir. Bununla yanaşı ölkəmizdə gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən Festival azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir. “START” həm də yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Beləki, Festival çərçivəsində xarici rejissorların paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib. Bu il 14, 15, 16, 17 noyabr tarixlərində Bakıda baş tutacaq sayca 9-cu “START” Beynəlxalq Qısa Filmlər Festivalına hər zaman olduğu kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda tşkilati dəstək qismində çıxış edir

 

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 60
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 133
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 155
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 341
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1086
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 403
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 581
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 683
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 798
Trabzon Sağlamlıq Qr...