FİLM KLUB: RUSİYA FİLMLƏRİ HƏFTƏSİ

11 Sen - 14 Sen 18





YARAT Müasir İncəsənət Məkanı Rusiya filmləri həftəsi çərçivəsində filmlərin nümayişini təqdim edir. 4 filmlərin nümayişi – 11 sentyabrda İvan Tverdovskinin “Atılmışlar” filmi, 12 sentyabrda Aleksandr Qordonun “Saşa dayı”, 13 sentyabrda Artyom Temnikovun “Qan” filmi və 14 sentyabrda Kiril Serebrennikovun “YAY” filmi tamaşaçılara Rəngkarlıq Muzeyinin binasında nümayiş olunacaqdırlar.





Atilmişlar, 2018, Rusiya, Litva, İrlandiya, Fransa 95 dəq. Rejissor İvan Tverdovski

Film nadir xəstəliyi olan və ömrü boyu internatda yaşayan bir gənc haqqında bəhs edir. Anası onu gözlənilmədən internatdan çıxarıb evlərinə gətirir. Filmin qəhrəmanı Moskvada, özündən asılı olmayaraq, mütəşəkkil cinayət qrupunun mərkəzinə çevrilir.

İvan Tverdovski – rejissor, ssenarist, operator, rəssam. 2011-ci ildə ÜDKİ-ni bitirib (Aleksey Uçitelin rəhbərlik etdiyi eksperimental rejissorluq emalatxanasını). 2012-ci ildən başlayaraq BMKF çərçivəsində qısametrajlı filmlər proqramının kuratorudur. Tammetrajlı kinoda debütü “Düzəliş sinfi” filmi olmuşdur. 2014-cü ildə Soçidə “Kinotavr” kinofestivalının iki mükafatına layiq görülmüşdü – prokatçı münsiflər heyətinin mükafatını qazanmışdır və ən yaxşı debütə görə priz almışdır. Film Karlovi-Varı kinofestivalının “Qərbdən Şərqə” adlı Şərqi Avropa filmləri müsabiqəsinin Baş mükafatını qazanmışdır. 2016-cı ildə 27-ci “Kinotavr” kinofestivalında “Zoologiya” filminə görə Kinoşünas və Tənqidçilər Gildiyasının “Fil” prizini qazanmışdır.

Film rus dilində nümayiş olunacaq.

Tarix: 11 sentyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir




Saşa dayı, 2018, Rusiya, 92 dəq. Rejissor Aleksandr Qordon

Film, vaxtilə uğurlu sənətkar olmuş, indi isə hamının acığına özünün bağ evində sonuncu filmini çəkən rejissor haqqında Çexov-sayağı bir hekayədir. Qəribə qonaqlar, özlərinə vurğun aktyorlar, əcaib qonşular və rejissorun özü – bunlar müəllif istehzası üçün, bəzən həm də acı gülüş üçün əsasdırlar. Bir də ki, yəqin yadınızdadır: Çexovun tüfəngindən gec-tez mütləq atəş açılmalıdır!

Aleksandr Qordon – aktyor, rejissor, prodüser, ssenarist. 2001-2003-cü illərdə NTV-də “Qordon” verilişini aparıb. 2002-ci ildə atası Harri Qordonun ssenarisi əsasında “Öz inəklərinin çobanı” adlı bədii film çəkib. Bu film Rusiyada IX “Ədəbiyyat və kino” kinofestivalında münsiflər heyətinin “Ən yaxşı rejissor debütü” prizini qazanmışdır. 2004-cü ilin mart ayında Aleksandr Qordonun quruluşunda “Müasir pyes məktəbi”nin səhnəsində F.M.Dostoyevskinin “Cinlər” romanı əsasında hazırlanmış tamaşanın premyerası keçirilmişdir.

Film rus dilində nümayiş olunacaq.

Tarix: 12 sentyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir




Qan, 2018, Rusiya, 106 dəq. Rejissor Artyom Temnikov

Bir-biri ilə əlaqəni bərpa etmək üçün mürəkkəb mənəvi yollar keçən iki qardaş haqqında müasir rəvayətdir. Hadisələr müasir Moskvanın mərkəzində cərəyan edir. Gənc rəssam Valera Romeyev küçələrdə portret çəkməyə məcburdur. Ukraynanın şərqində yerləşən kiçik bir şaxtaçılar şəhərində yaşadığı qayğısız uşaqlıq illəri qurtardıqdan sonra Valera amansız meqapolisdə özünü sınamaq üçün əlindən gələni edir. Köməklik tapmaq ümidi ilə Romeyev, ata yurdunu çoxdan tərk edib ailəsi ilə əlaqəsini kəsmiş uğurlu iş adamı olan böyük qardaşını Vadimi axtarır.

Artyom Temnikov – rejissor, ssenarist. 1993-cü ildə Rusiya Federasiyasının Kinematoqrafiya Komitəsinin Ümumrusiya Kino İşçilərinin Təkmilləşdirmə İnstitutunun rejissorluq bölməsini bitirib. TV üçün ssenarilər yazıb və rejissor kimi sənədli filmlər çəkib, eləcə də səyahət və kəşflər haqqında “Vokruq sveta”, “Russkiy ekstrim”, “V poiskax priklüçeniy” və s. televiziya proqramları çəkib. Qaynar nöqtələrdə çalışıb, 90-dan artıq ölkədə onlarca teleproqram və sənədli filmlər çəkib. 2006-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.

Film rus dilində nümayiş olunacaq.

Tarix: 13 sentyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir




Yay, 2018, Rusiya, 126 dəq. Rejissor Kiril Serebrennikov

Film Viktor Tsoyun və “Kino” qrupunun yaradıcılıq yolunun ilkin mərhələsini işıqlandırır, onun həyat yoldaşı Natalya ilə, rok musiqiçisi Mayk Naumenko ilə, 1981-ci ildə Leninqradda rok-hərəkatın avanqardında gedən bir çoxları ilə münasibətləri barəsində bəhs edir. Bu, keçən əsrin 80-ci illərin Leninqradı, sevgi, axtarışlar və böyük ümidlər, daim qəlbimizdə qalacaq bir duyğu haqqında hekayədir.

Kiril Serebrennikov – rejissor, ssenarist, rəssam, aktyor, prodüser. 1992-ci ildə Rostov Dövlət Universitetinin fizika fakültəsini qırmızı diplomla bitirib. Tələbəlik dövründə teatr rejissorluğu ilə məşğul olmağa başlayıb: öncə “69” adlı həvəskar studiyasında, 1990-cı ildən isə peşəkar səhnədə fəaliyyət göstərib. Quruluşları dəfələrlə mövsümün ən yaxşı tamaşası olub, Ümumrusiya festivallarında mükafatlar qazanıblar. Kinoda 1998-ci ildəndir, teleseriallar çəkib. “Qoqol-sentr”-in bədii rəhbəri (2012-ci ildən) və direktorudur (2015-ci ildən).

Film rus dilində nümayiş olunacaq.

Tarix: 14 sentyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir


Paylaş