“Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Lənkəran rayonunda ilk oyun təşkil edilmişdir

22 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran rayonunda ilk oyunu təşkil edilmişdir. Yarışmada 16-29 yaş qruplarında gənclərdən ibarət 7 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunmuşdur.
Yarışmanın açılışını giriş sözü ilə başlayan “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin məsləhətçisi Ağakişi Baloğlanlı dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulamışdır.
“Maximum” Təhsil Mərkəzinin direktoru, Layihə eksperti Rəşad Abbaszadə yarış bu tip intellektual oyunların marağı haqqında danışıb və bu cür intellektual oyunlarda fəal olmağa çağırıb. Daha sonra söz yarışın aparıcısı Ramal Ağazadəyə verilib. O öz növbəsində qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışmanın nəticələrinə əsasən I yeri ATOM, II yeri Paradoks 42, III yeri isə Aysberq komandaları olmuşdur. İlk 3 yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomla verilmişdir.
Məlumat üçün qeyd edək ki, layihənin oyunları 28 yanvar 2020-ci il tarixdə Lerik, 05 fevral 2020-ci il tarixində Astara və 12 fevral 2020-ci il tarixində isə Masallı rayonunlarında keçiriləcəkdir.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları bu cür intellektual oyunlara cəlb etməkdir.

#AzGF #gənclərfondu #gələcəyinbirİNCİləri #intellektualoyun #gələcəyimİZ


Paylaş