Bazar, 29 Mart, 2026

“Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçiriləcək


  • Dərc edildi: 28 Avqust, 2019 - 00:14
“Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçiriləcək

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının dəstəyilə keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 250-dən çox könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcəkdir.

Kapaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığının yüksəldilməsidir. Bu məqsədlə ölkə ərazinin təmizlənməsi və bu sahədə ictimai mədəniyyətin və bir növ cəmiyyət və əhali arasında ənənəvi hərəkat formasını almaq məqsədi ilə “Milli Təmizlik Günü” –ün elan olunması və bütün ictimai və sosial təbəqələrə, şəbəkələrə onun aid olunması strategiyasının işlənməsi və həyata keçirilməsi prosesini özündə cəmləşdirir.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunmuşdur.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunmuş, eyni zamanda“Ümumdünya Təmizlik günü” münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilmişdir.

Ekoloji kampaniyada iştirak etmək istəyənlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Ərizə forması: https://forms.gle/m1sQnxezEN6tw9NS9

Əlaqə vasitəsi:

E-mail: [email protected] Tel: 050 391 15 21, 051 310 10 64

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 218
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 382
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 73
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 70
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1085
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 553
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 306
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 557
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 167
VI Azərbaycan Astron...