Çərşənbə, 28 Yanvar, 2026

“Gənc Elçilər” - Beynəlxalq təmsilçilik proqramı


  • Dərc edildi: 20 Fevral, 2018 - 06:52
“Gənc Elçilər” - Beynəlxalq təmsilçilik proqramı

Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramına ərizə qəbuluna start verilir. “Gənc Elçilər” Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramıdır. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.   “Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:   · Diplomatiya və təmsilçiliklə bağlı təlim və seminarlarda iştirak edərək məlumatlanma; · Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı; · Müvafiq sahədə şəxsi və peşəkar bacarıqların artırılması; · Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə imkanı; · Peşəkar və mehriban komandanın, “Gənc Elçilər Şəbəkəsinin” üzvü olmaq şansı.   “Gənc Elçilər” Proqramı öz fəaliyyətində 3T modelinə əsaslanır:   #Təlim – Gənclərin diplomatiya sahəsində təlimləndirilməsi #Təcrübə – Gənclərə təmsilçiliklə bağlı praktiki biliklərin aşılanması #Təmsilçilik – Gənclərə beynəlxalq tədbirlərdə təmsilçilik imkanlarının yaradılması   Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:   · 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları · İngilis dilində sərbəst danışıq qa

biliyyətinə malik gənclər (əlavə dil biliyi üstünlükdür) · Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənclər · Yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə malik olan gənclər · Proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər   “Gənc Elçilər” Proqramının iştirakçıları aşağıdakı fəaliyyətlərdə iştirak edəcəklər:   · Proqramın ilkin mərhələsində keçiriləcək təlim və seminarlarda iştirak; · Diplomatik nümayəndəliklərlə görüşlərin keçirilməsi; · Gənclər siyasəti ilə bağlı keçirilən tədbirlərdə iştirak; · Proqram komandası tərəfindən verilən araşdırma işi, təbliğat və digər tapşırıqların yerinə yetirilməsi; · Beynəlxalq tədbirlərdə iştirak; · Proqramdan sonra “Gənc Elçilər Şəbəkəsi”nin ən az 1 il üzvü olmaq və fəaliyyətində iştirak etmək; “Gənc Elçilər” Proqramında iştirakçıların seçim proseduru 2 pillədə aparılacaq:   · Onlayn qeydiyyat mərhələsi. Qeydiyyat onlayn formada müraciət edən namizədin özü haqqında şəxsi təhsili və peşəkar fəaliyyətini əks etdirən məlumat bölməsini doldurulması prosesi ilə həyata keçirilir. · Müsahibə mərhələsi. Qeydiyyat mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibə zamanı namizədlərin müvafiq sahədə təcrübə və məlumatlılığı yoxlanılacaq. Yekun olaraq namizədlər sırasından seçilmiş gənclər proqramda iştirak hüququ qazanacaq.   “Gənc Elçilər” Proqramına qoşulmaq üçün qeydiyyatdan keçin.   Qeyd: Qeydiyyat formunu ingilis dilində doldurmağınız tələb olunur. http://www.nayora.az/announcements2,205/lang,az/ Son Qeydiyyat tarixi: 5 mart 2018-ci il.  

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 304
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 302
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 42
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 314
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 49
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 100
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 128
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 308
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 130
“İngilis dili üzrə b...