Şənbə, 28 Fevral, 2026

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı


  • Dərc edildi: 15 Yanvar, 2019 - 09:09
Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub. Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər. Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 il davam edir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir.

Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq. Müraciət edənlər proqramda iştirak müddəti başa çatdıqdan sonra ölkələrinə qayıtmalı və müəllimlik fəaliyyətinə davam etməlidirlər. Proqram bitdikdən sonra Azərbaycana və müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya hökuməti tərəfindən təqdim olunan təqaüdün geri qaytarılması tələb oluna bilər. Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini Yaponiyanın ölkəmizdəki səfirliyinə 8 fevral 2019-cu il saat 12.00-dək təqdim edə bilərlər. Təqaüd proqramı hər universitetin təlim kursuna uyğun olaraq 2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi davam edəcək. Ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür: https://edu.gov.az/az/page/228/15971

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 288
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 246
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 225
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 426
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 94
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 293
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 419
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 504
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 639
Qarabağda iş imkanla...