Bazar ertəsi, 14 Sentyabr, 2026

“Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsi


  • Dərc edildi: 29 Avqust, 2022 - 04:36
“Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsi

GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ! 27 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh!” - 2022 gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 31 avqust 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır. Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1987-ci ildən sonra anadan olanlar) ibarət 8 komanda iştirak edəcəkdir. Sifarişlər 5 sentyabr 2022-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 8 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron �

�nvanına göndərmək lazımdır: - Təqdim edilən excel formatda sifariş forması; - Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası; - Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı; Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3qTEapA Qeyd 1: Seçilmiş 8 komanda sifariş üçün bütün sənədlərin əslini oyuna gəldikdə təşkilat komitəsinə təhvil verməlidir. Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır. Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı məlumat veriləcəkdir. Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir. Bütün komandalara uğurlar diləyirik!

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 96
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 598
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 222
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 405
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 484
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 599
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 576
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 896
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 809
Təcrübə proqramları ...