Çərşənbə, 4 Mart, 2026

"Gənc Tusilər" - astronomiya ilə bağlı təlim və layihə


  • Dərc edildi: 22 Fevral, 2018 - 20:08
"Gənc Tusilər" - astronomiya ilə bağlı təlim və layihə

Əziz gənclər! Əgər sizi “Nəsrəddin Tusi və onun dünya astronomiya elminə verdiyi töhfələr nələrdir?”, “Dünya üzrə hazırda hansı astronomik istiqamətlər mövcuddur?”, "Astronomiyadakı müasir meyllər və kəşflər nələrdir?", "Azərbaycanda bu sahə üzrə son illərdə əldə edilmiş hansı nailiyyətlər var?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək "Gənc Tusilər" adlı astronomiya təlimlərinə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc alimlərin dəstəyi ilə müasir astronomiya, astronomik düşüncə, müxtəlif astronomik nəzəriyyələr arasındakı fərqlər və s ilə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 25.02.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keç

iriləcəkdir. Təlimin mövzusu və təlimçi haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq astronomiyaya marağı olan bütün tələbələr və yuxari sinif şagirdləri iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını 3. İxtisasını (varsa) 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 23 fevral, saat 23:59-dur. Təlimlərdə iştirak ödənişsizdir. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin fəal iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır. Layihə rəhbəri: Şərəfnisə Ələkbərova Əlaqə üçün: [email protected] Tərtibatçı-dizayner: Pakizə Paşayeva

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 871
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 285
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 239
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 446
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 106
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 335
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 434
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 523
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 658
Qarabağda iş imkanla...