1. Expressbank Vəzifə: Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis /böyük mütəxəssis (Gəncə, Bərdə, Mingəçevir) Tələblər: - Ali iqtisadi təhsil; - Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi; Vəzifə öhdəlikləri: - Əraziyə uyğun olaraq Biznes və mikro kredit üzrə müştəriləri cəlb etmək; - Məhsul üzrə aktiv marketinq təbliğatını həyata keçirmək; - Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək; - Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; - Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək; - Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq; Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adı – Şəhər qeyd etməklə göndərə bilərlər. 2. Expressbank Vəzifə: Mikro kreditlər üzrə - təcrübəçi (Gəncə, Bərdə, Mingəçevir) Qeyd : Təcrübəçiyə ödəniş edilir. Tələblər: - Ali təhsil (iqtisadiyyat sahəsi arzu olunandır); - Yaş həddi - 25 yaş; Vəzifə öhdəlikləri: - Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək; - Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək; - Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; - Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək; Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adı – Şəhər qeyd etməklə göndərə bilərlər. 3. AFB Bank Vəzifə: Mikro kredit üzrə müştəri təmsilçisi TƏLƏBLƏR: • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə); • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; • Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı (İngilis dili bilənlərə üstünlük verilir); İŞİN TƏSVİRİ: • Yeni xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq; • Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün məhsulların satışını təşkil etmək; • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək; • Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini etmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Gəncə filialı - Mikro kredit üzrə müştəri təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik. 4. Unibank Vəzifə : Məhkəmə qərarlarının icrası üzrə Hüquqşünas Başlıca öhdəliklər və məsuliyyətlər • Bankı Məhkəmə qərarlarının icrası şöbələrində təmsil etmək. • Məhkəmə qərarı çıxmış işlər üzrə borclulardan bankın xeyrinə qət edilmiş məbləğin alınması ilə bağlı lazımi işlərin görülməsi. • Sənədlərin tərtibi, təhlili və ekspertizası. Namizədin Profili • Ali hüquqi təhsil ; • Yaş həddi 22-35; • Rus və Azərbaycan dilləri üzrə mükəmməl səviyyədə biliklər; • Məhkəmələrlə iş sahəsində təcrübəyə malik olanlara üstünlük verilir; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində (Hüquqşünas (Gəncə) göstərməklə [email protected] elektron ünvanına göndərə bilərlər. 5. Kapital bank Promouter (Gəncə Mall üzrə) Tələblər Ali təhsil Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi Öhdəliklər -Stendə yaxınlaşan müştərilərə Bankın məhsulları haqqında məlumat vermək - Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması - Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi və s. CV-lərinizi mövzu hissəsində “Promouter (Gəncə Mall)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. 6. Optimal Electronics Servis mərkəzinin inzibatçısı Tələblər: - Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır); - İş stajı :Servis sahəsində ən azı 2 il; - Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) Vəzifələr: • Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək; • Servisdə yaranan problemlərin aradan qaldıırılmasını təmin etmək; • Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək; • Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək; • Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək Maraqlananlar CV-lərini mövzu yerinə “Servis mərkəzinin inzibatçısı– Gəncə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər. 7. Optimal Electronics Merçendayzer Tələblər: • Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir. • Merçendayzer kimi təcrübəsi olmalıdır. Vəzifələr: - Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək - Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək - Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı Satış Şöbəsinin rəhbərinə bildirmək - Malların təyin edilmiş plan üzrə ticari görünüşünü yoxlamaq - Mağazanın ümumi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək Maraqlananlar CV-lərini mövzu yerinə “Merçendayzer – Gəncə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər. 8. "Aqro-Vest DC" MMC Sürücü Tələblər: Sürücülük vəsiqəsi - BC Yaş həddi - 25-45 İş təcrübəsi: Bu sahədə ən az 3-5 il təcrübə Avtomobilin sadə nasazlıqlarından anlayışı olmalı Vəzifələr: -Şirkət tərəfindən verilmiş nəqliyyatı təhlükəsiz qaydada istismar etmək - Nəqliyyatda olan malların salamatlığını təmin emək və müvafiq müştərilərə çatdırmaq. Müraciət üçün CV-ləri elektron formada mövzu yerinə "Sürücü - Gəncə" yazaraq [email protected] email ünvanına göndərə bilərsiz. 9. Araz Marketlər Şəbəkəsi Daşınmaz əmlak üzrə mütəxəssis Tələblər: -Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır) -Satış sahəsində iş təcrübəsi üstünlükdür (Ekspeditor və s.) Vəzifələr: -Şəxsi avtomobil ilə şəhərin müəyyən bölgəsində yeni açılacaq marketlər üçün əmlakların tapılması -Əmlaklar haqqında məlumatların əldə edilməsi -Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi Namizədlər cv-lərini mövzu hissəsində “Daşınmaz əmlak üzrə mütəxəssis - Qərb regionu” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər 10. Mutfakçı Mobilya Satış Meneceri (Yevlax, Mingəçevir) Tələblər: • İqtisadiyyat sahəsində ali təhsil; • Satış sahəsində, minimum 2 il iş təcrübəsi; • Təcrübəli kompyuter istifadəçisi, 1C və Ofis proqramlarını yaxşı bilmək; Vəzifələr: • Satış hədəfinin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirmək • Komandada, ümumi hesabatçılıq sisteminə uyğun olaraq çalışmaq • Məhsul siyasətinin optimallaşdırılması istiqamətində təkliflər vermək • Əsas müştərilərlə iş, onlarla bir-başa münasibətlər • Reqionlarda ezamiyyətlər. Yuxarıda olan tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmıyiniz xahiş olunur. Telefon: 055 5051112
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb