GƏNCƏDƏ “ATALAR VƏ QIZLAR” FESTİVALI KEÇİRİLƏCƏK!



Əziz gənc atalar və qızları,

8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Atalar və Qızlar” festivalı 11 mart 2018-ci il tarixində Gəncə şəhərində keçiriləcək. Sizi adı çəkilən festivalda iştirak etməyə dəvət edirik.
Your code is here
Festival müddətində müxtəlif şou, əyləncə proqramlar və hədiyyələr sizi gözləyir. Buyurun gəlin!

Ailənizlə yadda qalan və fərqli bir həftəsonu keçirmək, eləcədə övladınıza əyləncə dolu bir gün yaşatmaq istəyirsinizsə bizə qoşulun. Qız övladlarının dəyərinin təbliğ olunmasına dəstəyinizi nümaiş etdirin!

Your code is here Gün ərzində fasiləsiz keçiriləcək müsabiqə və yarışlar Sizi gözləyir.

  • Pazl yarışı

  • Mim

  • Kloun və animator şousu

  • Your code is here
  • Sehirbaz şousu

  • "Face art" çəkilişi

  • Oriqami master klası

  • Rəsm yarışması

  • Saç hörmə yarışı

  • Your code is here
  • Kukla teatrının əməkdaşlarının çıxışları

  • “Səssiz film” oyunu

  • “Xəbəri uşaqdan al” oyunu


 
Your code is here
Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.

Festival 11 mart 2018-ci il tarixində Gəncə şəhəri, Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi​ndə hazırlanacaq festival ərazisində keçiriləcəkdir.

Your code is here Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır.

Festival, Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi və Oğlan Uşaqlarına Verilən Üstünlüyünün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə Qlobal Proqramın çərçivəsində həyata keçirilir.


Your code is here
Əlaqələndirici şəxs: Pərvin Qasımov

Vəzifə: Proqram koordinatoru

Mobil tel: 077 421 11 30

Tel: 012 440 16 31

Your code is here
Fax: 012 440 16 27


Ünvan: Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi

Paylaş