Bazar, 14 Dekabr, 2025

“Gənclər XƏTDƏ” konfransı


  • Dərc edildi: 28 Yanvar, 2018 - 01:43
“Gənclər XƏTDƏ”  konfransı

Gənclər XƏTDƏ-yə qoşul! İnformasiya və texnologiyalar dövrü olan 21-ci əsrdə onlayn fəaliyyətlərin, bu fəaliyyətlə maraqlanan insanların günü gündən artması, öz gələcək karyeralarını bu sahədə qurmaq istəyən gəncləri və onların bu yolda məqsəd fəaliyyətlərini daha yaxşı planlaşdırması üçün“Gənclər XƏTDƏ” konfransının qeydiyyatını iştirakçılar üçün açıq elan edirik! “Gənclər XƏTDƏ” konfransı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XƏTDƏ Proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 fevral 2018-ci il saat 09:00-da Port Bakuda yerləşən “The Club”-da baş tutacaq.. Digər ölkələrə nəzər yetirsək görərik ki, onlayn bizneslər, bu bizneslə məşğul olanlar, sosial mediadan professional şəkildə istifadə edənlərin sayı bizim ölkəmizə nisbətən daha çoxdur. Ölkəmizdə yeni olmasına baxmayaraq bu sahələrə təlabat həddindən artıq çoxalmağa başlamışdır. Bu sahədə gənclərin daha çox maarifləndirilməsi, onların dəstək və motivasiya olunması, onlara maraqlı olan və sual yaradan fikirlərə cavab tapılması onların gələcək fəaliyyətlərinə müsbət təsir edəcəkdir. Odur ki, bu konfransın təşkili gənclərimiz, eyni zamanda ölkəmiz üçün zəruri və faydalıdır. Gənc yaşlarımızda maraqlı olduğumuz bir neçə sahələr olur və ya müəyyən etdiyimiz sahədə öz fəaliyyət planlarımızı qurmaqda çətinlik çəkirik. Və çətinliklər çəkdiyimiz, boşluqlarımızın olduğu bu yolda bizə məsləhətlər, motivasiya edəcək fikirlər lazım olur. Bu fikirləri və məsləhətləri bizimlə “Gənclər XƏTDƏ!” konfransı çərçivəsində bu sahədə öz sözünü demiş və biznesini qurmuş şəxslər bölüşəcək. Nələr qazanacaqsınız?

  • Rəqəmsal marketinq haqqında ətraflı biliklər əldə edəcək;
  • Sosial media və cəmiyyətə verdiyi təsirləri müzakirə edəcək;
  • Sosial media üzərindən onlayn biznes qurmağın yollarını öyrənəcək;
  • Spikerlərin şəxsi təcrübələrini dinləyəcək;
  • Peşəkarlardan tövsiyyə almaq şansı əldə edəcək;
  • Sizi maraqlandıran bütün suallara cavab tapmaq şansı əldə edəcəksiniz.
MÖVZUlarımız nələrdi? 1. Rəqəmsal marketinq və müasir dövrə töfhələri 2. Cəmiyyət XƏTDƏ 3. Media XƏTDƏ 4. Təhsil XƏTDƏ 5. Biznes XƏTDƏ KİMlər iştirak edə bilər?
  • KİM ki, 14-35 yaş aralığında olan, rəqəmsal marketing sahəsi ilə maraqlanan gənc və ya gənc mütəxəssislər qrupuna daxildir.
  • KİM ki, rəqəmsal marketinq haqqında profesional biliklər əldə etmək istəyir;
  • KİM ki, gələcək fəaliyyətini rəqəmsal marketinq üzərindən qurmaq istəyir;
  • KİM ki, rəqəmsal marketinq sahəsində uğur qazanmış şəxslərin fikirlərini dinləmək istəyir.
İştirak etmək üçün aşağıdakı müraciət formasını doldura bilərsiniz. Son müraciət tarixi 6 fevral 2018-ci il saat 18:00-dur. Tarix: 10 fevral 2018, saat: 09:00-12:45-dək QEYDİYYAT LİNKİ
Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: Port-Baku (The Club), Neftçilər prospekti

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 83
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 22
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 18
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 56
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 636
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 232
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 205
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 544
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 567
Qubadlıya öz sahiblə...