Cümə, 3 Aprel, 2026

Genetikayla bağlı maarifləndirici 24


  • Dərc edildi: 2 Mart, 2018 - 01:37
Genetikayla bağlı maarifləndirici 24

Əziz gənclər! Əgər sizi “Genetikada baş verən ən son yeniliklər nələrdir?”, “Dünya üzrə hazırda hansı genetik yeniliklər mövcuddur?”, "Genetikadakı müasir meyllər və kəşflər nələrdir?", "Azərbaycanda bu sahə üzrə son illərdə əldə edilmiş hansı nailiyyətlər var?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək Genetika təlimlərinə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc alimlərin dəstəyi ilə müasir genetika elmi ilə yaxından tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 04.03.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir. Təlimin mövzusu və təlimçi haqqında ətra

flı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq genetikaya marağı olan bütün gənclər və yuxari sinif şagirdləri iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları genetika.telimleri.qeydiyy[email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını 3. İxtisasını (varsa) 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 02 mart, saat 23:59-dur. Təlimlərdə iştirak ödənişsizdir. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin fəal iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır. Layihə rəhbəri: Ayişə Sadıqova Əlaqə üçün: [email protected] Tərtibatçı-dizayner: Pakizə Paşayeva

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 257
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 423
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 90
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 87
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1129
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 580
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 577
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 180
VI Azərbaycan Astron...