Beş günəş / Galileo
Mişa Kuball
02.06.2018, 17:00
Şirvanşahlar sarayı Şah məscidi
Giriş sərbəstdir
Şövq və Həsrət
02.06.2018, 19:30
Kamera və orqan musiqisi zalı (Alman kilsəsi)
Giriş sərbəstdir
Məqam. Xərabatın vəsfi
Youssef Limoud
02.06.2018, 20:30
Kapellhaus
Giriş sərbəstidr
Goethe-İnstitutunun Baş Katibinin Bakıya ilk rəsmi səfəri
Goethe-Zentrum Bakının rəsmi açılışı ilə əlaqədar və mərkəzin yay proqramı
çərçivəsində keçiriləcək sərgi və musiqi tədbirlərində iştirak etmək üçün Goethe-
İnstitutunun Baş katibi cənab Johannes Ebert Azərbaycana rəsmi səfər edəcəkdir.
Goethe-Zentrum Bakı – Goethe-İnstitutunun bir hissəsi olaraq-şöbələri dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən Almaniya Federativ Respublikasının
mədəniyyət müəssisəsidir. Təşkilatın fəaliyyəti Alman dilinin xaricdə yayılması və
mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmişdir.
Goethe-Zentrum Bakı yalnız alman mədəniyyətinin təbliğini təklif etmir, həmçinin
Alman-Azərbaycan Mədəniyyət Birliyinin binasında-Kapellhausda sərgilər,
təqdimatlar, rəssamlarla görüşlər, mühazirələr, ədəbiyyat oxuları, konsertlər, film
nümayişləri və bir çox başqa tədbirlər təşkil edərək mədəni diplomatiya yolu ilə
Azərbaycan və Almaniya arasında körpülər qurur. Mədəniyyət və Turizm
Nazirliyi, İçərişəhər İdarəsi və Yarat kimi müxtəlif yerli təşkilatlarla əməkdaşlıq
edir.
Goethe-Zentrum Bakının yay proqramına “Unsound Dislocation” beynəlxalq
eksperimental texno-musiqi festivalının keçirilməsi daxildir:
Əsli Səmədovanın “Dialoq” sərgi layihəsi və Goethe-Zentrum Bakının direktoru
cənab Alfons Huqun kuratorluq etdiyi “Art & Football” sərgisi və həmçinin iyun,
iyul aylarında keçiriləcək konsertlər. Goethe-Zentrum Bakı yüksəksəviyyəli
mədəniyyət tədbirlərini tamamilə pulsuz keçirir və bütün tədbirlərini ictimaiyyət
üçün açıq edir.
Goethe-Zentrum Bakı yay sərgi proqramını "Dialoq" layihəsi ilə başlayır. Bu
layihədə əvvəlcədən dini məqsədlər üçün nəzərdə tutulmuş binalar sərgi məkanları
kimi istifadə olunur: belə ki, misirli sənətkar Youssef Limoudun “Məqam.
Xərabatın vəsfi” instalyasiyası-neoqotik Kapellhausda, Mişa Kuballın “Beş günəş
/ Galileo” əsəri isə Şirvanşahlar sarayının XV əsrə aid Şah məscidində nümayiş
etdirilir.
Ərəb dilində “məqam” sözünün çoxmənalığı Limoudun əsərlərinin
interpretasiyasına geniş spektr ayırır. “Məqam” ev adlandırıla biləcək elə bir
məkandır ki, orada ixtiyarsız olaraq nastalgiyaya qapılırsan. Digər bir
interpretasiya şərq musiqisi ilə əlaqəni nəzərdə tutur: "məqam" həm səs sırasının
yerini, həm də muğam kimi mətnli musiqi kompozisiyasını ifadə edən çoxmənalı
termindir. “Məqam. Xərabatın vəsfi” sərgisi Azərbaycan muğam ifaçıları xanəndə
Zabitə Əliyeva və Sərxan Bünyadzadənin muğamları ilə Elçin Şirinovun caz
musiqisinin sintezindən ibarət “Şövq və Həsrət “ adlı konsert proqramı ilə
müşayiət olunacaqdır. Bu layihə xüsusi olaraq Almaniyada Azərbaycan
Mədəniyyət ili proqramı üçün hazırlanmış, 2008- ci il 25 iyulda Münxen İncəsənət
Akademiyasında böyük uğurla nümayiş etdirilmiş və həmin vaxtdan etibarən heç
bir yerdə təqdim olunmamışdır.
Həsrət, üzgünlük (bu sözə avropa dilləri arasında mənaca bir qədər alman sözü
“Sehnsucht” yaxındır) ənənəvi mistik Şərq poeziyasının daimi mövzusu olan
sufizm əqidəsi ilə aşiqlərin birləşməsi imkanını nəzərdə tutmayan ilahi sevgiyə
yönəlir. İki muğam ifaçısı–gənc oğlan və qız–səhnədə bu musiqili əhvalatın əsas
qəhrəmanları kimi çıxış edirlər. Caz pianoçusu muğamla eklektik qarışıq
yaratmağa cəhd göstərməyərək müntəzəm olaraq muğam pyeslərinin arasında
ifa edir.
Konsert 2 iyun tarixində,saat 19:30-da Kamera və Orqan musiqisi zalında (Alman
kilsəsi) keçiriləcəkdir. Ünvan: 28 may,41. Giriş sərbəstdir. Konsertin
tamaşaçılarına "Məqam" sərgisi ilə tanış olmaq imkanı veriləcəkdir.
“Məqam. Xərabatın vəsfi” sərgisi Kapellhausda hər gün 3 iyun tarixindən 12 iyun
tarixinə qədər, saat 14:00-dan 20:00-qədər açıqdır. Ünvan: 28 may küçəsi, 35
Giriş sərbəstdir.
3 iyun, 2018-ci il tarixindən etibarən tamaşaçılar Mişa Kuballın “Beş Günəş /
Qalileo” işıq instalyasiyasını seyr etmək üçün Şirvanşahlar sarayına giriş bileti
əldə etməlidirlər. Sərgi saatları: hər gün, saat 10:00 -18:00. Kassa açıqdır saat
17:30 qədər.