11 Dekabr, 2025 - 18:51
95

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, həftə sonları, saat 00:00-dan etibarən küçəyə çıxmaq qadağası qüvvəyə minib. Həftəsonu insanların küçəyə çıxması tam şəkildə məhdudlaşdırılıb. Həftəiçi çalışanlar istirahət üçün həftəsonunu iplə çəkirdi. Bu dəfə isə hər kəs istirahətini kafedə, parkda, məşhur restoranlardan birində deyil, öz evində dəyərləndirməli olacaq. Bəs sərt karantin günlərini necə rəngarəng etmək olar? Oxu.Az qapanma günlərini daha da əyləncəli edəcək bir neçə variant təqdim edir.
Belə ki, “Küçəyə çıxmaq qadağasını necə səmərəli dəyərləndirə bilərik?” sualı ilə “Facebook” istifadəçilərinə müraciət etdik. İstifadəçilərdən maraqlı cavablar gəldi. Məsələ ilə bağlı fikirlər müxtəlif oldu. Kimi ev təmizləyəcəyini, kimi film izləyəcəyini, kimisi isə xarici dil biliklərini daha da təkmilləşdirəcəyini dedi. Uzman psixoloq Ceylan Şəkərci evdə daha çox vaxt keçirəcəyimiz günlərdə beynimizi dincəltməyə, eləcə də, əylənməyə yardım edəcək məsləhətlər paylaşıb. Davamlı olaraq eyni şeyləri təkrarlamaq bir müddət sonra həyat enerjimizi azaldır və motivasiyamız aşağı düşür. Kiçik toxunuşlarla evinizin aurasını dəyişdirin. Yaşadığımız vəziyyəti fərqli tərəfdən nəzərdən keçirməyə cəhd edək. Bəzi əşyaların yerini dəyişdirə bilər, dolaba qoyduğumuz aksesuarları yenidən dəyərləndirə bilərsiniz. Geyimlərə fərqli rəng qatıb, qeyri-adi makiyaj sənətini öyrənə bilərsiniz. Musiqini açın və rəqs edin Günün bəlli bir saatını rəqs saatı olaraq müəyyən edə bilərsiniz. Musiqinin səsini bir az daha açın. Sadəcə, dinləyin və rəqs edin. Ana-atasını rəqs edərkən görən uşaqlar inanılmaz xoşbəxtlik hiss edirlər. Bir tərəfdən də uşağınıza “Problem yoxdur, xoşbəxtik və bərabərik” mesajını verirsiniz. Uşağınızla birlikdə mətbəxə girin Bir də məsələnin mətbəx qismi var. Uşağınızla birlikdə mətbəxə girin. Fərqli reseptlər sınayın. Uşağınızla birlikdə kağızdan kiçik papaqcıqlar hazırlayın. Bir keks hazırlamaq müddətində belə müharibə meydanına çevrilən mətbəxinizi gözünüzdə böyütməyin. Evdəsiniz, təmizləmək üçün vaxtınız çoxdur. Makaronları boyayıb, aksesuar olaraq bir-birinin yanına düzün. Sonradan onları yapışdıraraq, bir şəkil çəkin. Makaron, noxud, düyü, lobya uşaq fəaliyyətlərinin əsasını təşkil edir. Onları sayın, düzün, yapışdırın, boyayın, sonra da bişirin. Oxuduğunuz hekayələrin davamını siz gətirin. Ailəcə kitab oxuyun. Kiçik uşaqları olan ailələrdə bəyəndiyiniz qısa bir hekayəni ortasına kimi oxuyub, sonunu siz yazın, xəyal gücünüz çalışsın, istəsəniz, bir qədər də improvizə edə bilərsiniz. Film gecələri təşkil edin. Uşaqlı ailələrdə animasiya filmləri ortaq zövqlərə daha çox xitab edə bilir. Evdə “popkorn” hazırlayın. İşıqları söndürün və telefonlarınızı bir kənara qoyun. Gələn mesajlara, digər bildirişlərə baxmayın. O bir saat yarımlıq vaxtınızı zehninizi boşaltmaq üçün istifadə edin. Onlayn muzeyləri gəzin və konsertlərə qulaq asın. Çox şanslısınız, dünyanın bir çox nöqtəsindəki muzeyləri evinizin komfortunda ziyarət edə bilirsiniz. Günü dəyərləndirin Gün sonunda ailəcə günü dəyərləndirmək üçün toplanın. Gün necə keçdi? Ağlından keçənlər, davamlı olaraq hiss etdiklərin nələrdir? Ən çox nə üçün və kimlər üçün darıxdın? Bu toplantıda fikirlərinizi, duyğularınızı açıq şəkildə paylaşın. Uşaqların mənfi duyğularını da qəbul edib, dilə gətirə bilən böyüklərə ehtiyacları olduğunu unutmayın. Bundan başqa, baxmayaraq ki, bəzi ölkələrdə karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub, əvəzində tam təhlükəsizlik şəkildə mədəniyyət mərkəzilərini, muzeyləri onlayn ziyarət etmək mümkündür. Həm də karantinlə bağlı olaraq ləğv edilən opera-balet, şou proqramlarını onlayn şəkildə, üstəlik, ödənişsiz izləmək mümkündür. Bunun üçün aşağıdakı linklərə daxil olmağınız kifayətdir: Ermitaj muzeyi - https://bit.ly/39VHDoI https://bit.ly/33nCpQg Metropolitan Opera, Nyu-York - https://bit.ly/2TTSr1f Opera Viena - https://bit.ly/39OINlQ “Google” İncəsənət və Mədəniyyət layihəsi -