Bazar, 29 Mart, 2026

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə


  • Dərc edildi: 1 May, 2019 - 16:54
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verilir. Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir. Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. Proqramda iştirak qaydaları və iddiaçıların seçimi Proqramda iştirak etmək istəyən gənclər ərizə formasını (əlavə №1) doldurub 20 may 2019-cu il tarixədək aşağıdakı elektron poçt ünvanlarına göndərməlidirlər. Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir. İddiaçıların seçimi aşağıdakı meyarlar üzrə müəyyən ediləcəkdir: • Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalı; • yaşı 18-25 arasında olmalı; • Azərbaycan vətəndaşı olmalı; • təşkilatçılıq bacarığına malik olmalı; • geniş dünya görüşünə malik olmalı; • ünsiyyət və əlaqə qurmaq bacarığına malik olmalı; • komanda ilə iş bacarığına malik olmalı; • ictimai fəal olmalı; • yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunmalı. Namizədlər siyahısına daxil edilmiş hər bir gənc müsahibəyə dəvət ediləcəkdir. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcəkdir. Əlaqələndirici şəxs: Günel Dadaşova Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi E-mail: [email protected][email protected] Tel: 012 465 84 19   Müraciər formasina buradan /uploaded/uploaded/muracit-formasi.docx daxil ola bilərsiniz.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 211
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 378
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 68
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 67
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1082
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 548
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 304
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 553
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 165
VI Azərbaycan Astron...