Çərşənbə axşamı, 23 Dekabr, 2025

Human Resources Forum 2018


  • Dərc edildi: 9 Dekabr, 2018 - 16:33
Human Resources Forum 2018

ADA Universitetinin Magistr Tələbə Höküməti tərəfindən təşkil olunan “HR Forum 2018” tədbirinə hər birinizi məmnuniyyət hissi ilə dəvət edirik. Forumda Azərbaycanın bir sıra öndə gedən şirkətlərinin və dövlət müəssisələrinin İnsan Resursları üzrə peşəkarları spiker qismində çıxış edəcəklər: - Ayna Cahandarova, CHRP - Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) , Insan Resursları üzrə Aparıcı mütəxəssis: “Performansın İdarəedilməsi Sistemi”; - Taleh Qasımov, Assoc. CIPD - Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İnsan Kapitalının İdarəedilməsi departamentinin müdiri: “Korporativ mədəniyyət və iş mühütü”; - Asif Sadıqov, SPHRi, Assoc. CIPD - Gilan Holdinq, Təşkilatı inkişaf üzrə menecer: “Effektiv Əmək Haqqı Sistemləri”; - Gülarə Novruzova - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)/ Azneft PU, İnsan Resursları üzrə mütəxəssis: “Motivasiya nəzəriyyələri və motivasiya sisteminin qurulması”; - Orxan Kərimli - İnnovatcs MMC, İnsan Resursları Rəhbəri: ”Big Data və İnsan Resursları”; - Rauf Musabəyli - PAŞA İnşaat MMC, İnsan Resursları Meneceri: “Universitet Məzunlarının İşə Qəbul Proqramı”; - Nərmin İsmayılova, Assoc. CIPD - Xəzər Universiteti, Xarici tələbələrin qəbulu üzrə mütəxəssis: “İşçilərin işə qəbulu və seçilmə pr

osesi (Recruitment and Selection)”; - Elgün Qurbanov - Azərbaycan Respublikasının Beynəlxalq Bankı, İşə Qəbul üzrə Aparıcı mütəxəssis: “LinkedIn və onun istifadəsinin effektiv yolları”; - Elçin Zeynalov - Practical Solution Group Management Systems, Layihə Meneceri: “Dəyişikliyin İdarəolunması”. Tədbirdə iştirak etməklə Siz bu sahə üzrə peşəkar mütəxəssislərə Insan Resurslarının İdarə edilməsi ilə bağlı bütün suallarınızı yönləndirmək imkanını əldə edəcəksiniz. BÜTÜN LEKSİYALARI UĞURLA TAMAMLAYAN İŞTİRAKÇILAR TƏDBİRİN SONUNDA SERTİFİKATLARLA TƏLTİF OLUNACAQLAR. Əlavə olaraq, tədbirin iştirakçıları kofe və çay fasiləsinə də qatıla biləcəklər. Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1QsKv9whwR5iWc83SqHKQZfpx0r3cX1MD73E4LPH6Bsc/edit Qeydiyyat üçün son tarix: 11 dekabr, saat 19:00 Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur! Qeydiyyatdan uğurla keçmiş iştirakçılara email vasitəsi ilə bildiriş göndəriləcəkdir. Bu tarixdən gec qeydiyyatdan keçmiş şəxslər tədbirə buraxılmayacaqlar. Tədbir 15 dekabr, saat 11:30-da ADA Universitetinin Böyük Auditoriyasında baş tutacaqdır. Diqqətiniz üçün təşəkkürlər!

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 32
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 194
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 49
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 50
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 70
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 662
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 263
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 269
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 572
Xalqları birləşdirən...