Bazar ertəsi, 23 Mart, 2026

HUMANİTAR ELMLƏRDƏ TƏDQİQAT METODLARI MÖVZUSUNDA TƏLİM KURSU


  • Dərc edildi: 1 Fevral, 2018 - 23:09
HUMANİTAR ELMLƏRDƏ TƏDQİQAT METODLARI  MÖVZUSUNDA TƏLİM KURSU

Xəzər Universiteti Psixologiya Departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzi humanitar elmlərdə təlim kurs təşkil edir. Kursun həftədə iki dəfə olmaqla 1.5 ay müddətində keçirilməsi nəzərdə tutulur. Dərslərin 15 fevral 2018-ci il tarixindən aparılması nəzərdə tutulur. Hədəf qrup və iştirak şərtləri: Kurs əsasən ali məktəbin humanitar fənnlər üzrə (politologiya, beynəlxalq əlaqələr, sosiologiya, psixologiya, iqtisadiyyat və bənzəri)bakalavr və magistratura pilləsində təhsil alan, tədqiqat aparmaq niyyəti olan gənclər üçün nəzərdə tutulmuşdur. Kursda iştirak haqqı 120 AZN-dir. Kurs hər həftə 2 dəfə olmaqla 1.5 ay müddətində keçirilməsi nəzərdə tutulmuşdur. Hər kurs 15-20 nəfərdən ibarət olacaq. Kursun metodologiyası və qiymətləndirmə: Kurs, hər biri 2.5 saat olmaqla 12 dərsdən ibarətdir. Hər bir dərs nəzəri hissə, müzakirə hissəsi və praktiki iş hissəsindən ibarətdir. Kursun birinci günündə hər ixtisas üzrə kiçik qrupların formalaşdırılması və ixtisas üzrə tədqiqat mövzularının seçilməsi nəzərdə tutulur.

Praktiki tapşırıqlar əvvəlcədən seçilmiş tədqiqat mövzuları üzrə aparılacaq və kursun sonunda qeyd edilən tədqiqat mövzularının planı hazır olacaq. Qiymətləndirmə hər bir dərsin sonundakı fəallıq, praktiki tapşırıqların düzgün yerinə yetirilməsi və kursun sonundakı test yoxlamasına görə həyata keçiriləcək. Kursun üstünlükləri və faydaları: Bu kursu keçən şəxslər Araşdırma planının qurulması və araşdırma layihəsini düzgün tərtib etməyi bacaracaq Tədqiqat aparmaq zövqlü bir işə çevriləcək Tələbələr buraxılış işlərini, tədqiqat işlərini hər hansı bir köməyə ehtiyac qalmaqdan daha keyfiyyətli şəkildə həyata keçirə biləcək Tədqiqat işlərində komanda ilə işləmək vərdişlərinə yiyələnəcək XÜSUSİ QEYD: Təlim kursunda iştirak edən hər bir iştirakçı gələcək tədqiqatlarında təlimçilərdən 3 saat pulsuz məsləhət almaq hüququ əldə edəcək. Təlimdə iştirak edəcək şəxslər və ya təlim haqqında ətrafli məlumat əldə etmək istəyən şəxslər aşağıdaki telefon nömrəsi və e-maillə əlaqə saxlaya bilərlər. e-mail: [email protected] telefon: (050) 3298978

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 239
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 49
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 51
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1051
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 490
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 285
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 529
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 151
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 408
Digital Marketing üz...