Cümə axşamı, 30 Aprel, 2026

Hüquq Günü Forumu


  • Dərc edildi: 5 Dekabr, 2018 - 22:49
Hüquq Günü Forumu

Dəyərli dostlar, 16 dekabr 2018-ci il (bazar günü), saat 10:00-da Holiday Inn otelində baş tutacaq “Hüquq Günü Forumuna” tələbələri və gənc hüquqşünasları dəvət edirik! Pilot layihə olaraq başlatdırılan və ilk dəfə keçiriləcək “Hüquq Günü Forumu” akademiyadan və praktikadan hüquqşünas və ekspertləri bir araya gətirərək açıq bilik mübadiləsi platforması yaradır. Forumun məqsədi təyin olunan panel mövzuları üzrə çoxtərəfli müzakirələrin təşkili, forum iştirakçılarına mövzular üzrə həm akademik, həm də praktiki biliklərin eyni vaxtda ötürülməsi ilə məsələlərə müxtəlif prizmalardan yanaşma bacarıqlarının ötürülməsidir. İştirakçılar həmçinin qarşılıqlı bilik mübadiləsində və sual-cavablarda iştirak edərək forumu zənginləşdirəcəklər. Forum ərzində iştirakçılar “Vəkillik peşəsi” və “Gender əsaslı məişət zorakılığı” mövzusunda iki paneli dinləmək imkanına sahib olacaqlar.

Forum fəaliyyətini hər paneldə akademiyanı və praktikanı təmsil edən üç hüquqşünas-ekspertin qısa təqdimatları və iştirakçılarla sual-cavab sessiyaları üzərində quracaq. Hüquq Günü Forumu Beynəlxalq Vəkillər Assosiasiyasının tədbiridir. Forumda çıxış edəcək spikerlər barədə məlumat elan yerləşdirilən səhifədə paylaşılacaqdır. Forumda iştirak ödənişsizdir. İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir! Nəzərinizə çatdıraq ki, yerlər məhdud saydadır. Qeydiyyatdan keçməyə tələsin. Qeydiyyat üçün son tarix: 10 dekabr 2018-ci il Qeydiyyat linki: https://goo.gl/forms/Tbw5Ux1WKNmI3Lcr2

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 36
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 94
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 93
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 81
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 339
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 541
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 154
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 154
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1251
SOCAR-ın Sumqayıt və...