Şənbə, 7 Fevral, 2026

Hüquqi təminat şöbəsində Mütəxəssis vakansiyası - Paşa Həyat


  • Dərc edildi: 1 Mart, 2018 - 02:12
Hüquqi təminat şöbəsində Mütəxəssis vakansiyası - Paşa Həyat

Struktur bölmə: Hüquqi təminat şöbəsi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Vəzifə: Mütəxəssis Son müraciət tarixi: 09 mart 2018-ci il İş saatları (iş rejimi): 09:00-18:00 Vəzifənin öhdəlikləri: 1. Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək; 2. İdarəetmə orqanlarının qərarlarını, iclas protokollarını tərtib etmək; 3. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq; 4. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını və onların tətbiq olunması prosedurunun izahını həyata keçirmək; 5. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq; 6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyi

n tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar olan məktubları hazırlamaq və ya hazırlanması prosesinə hüquqi nəzarət etmək. Namizədə olan tələblər: İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: Ali hüquq təhsili Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir Kompüter bilikləri: MS Office Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı. İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Vakansiya üçün müraciət qaydası: CV-lər “Hüquqi təminat” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 129
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 266
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 33
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 193
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 290
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 389
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 499
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 357
Ted1.az saytı SATILI...