Cümə, 6 Fevral, 2026

İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!


  • Dərc edildi: 16 Yanvar, 2026 - 01:31
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!

🚀 DeepTech sahəsində ideyanız var? Bu ideyanı inkubasiya mərhələsinə daşımağın tam vaxtıdır!

Agentliyimizin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və TTO bölməsi tərəfindən həyata keçirilən DeepTech İnkubasiya Proqramına müraciətlər başladı.

🎓 Kimlər müraciət edə bilər?
Bütün universitetlərdən bakalavr, magistr və doktorantura səviyyəsində təhsil alan tələbələr və gənc tədqiqatçılar.

🔬 İstiqamətlər:
➡️ Biotexnologiya, Kvant Texnologiyaları, Qabaqcıl Materiallar və Nanotexnologiya, Təmiz Enerji və İqlim Texnologiyaları, Robototexnika və Avtomatlaşdırma, Kosmik və Aerokosmik Texnologiyalar və digər DeepTech sahələri.

Qeyd edək ki, proqramın sonunda 3 qalib komanda pul mükafatı əldə edəcək.

📅 Son müraciət tarixi: 6 fevral

🔗 Qeydiyyatdan keçmək üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSem_8bQiecyj9UPc77-nrVZaHJDE7QYyekRsRMM8ftmGKdoxg/viewform

 

Vaxt itirmədən müraciət edin, proqramın qaliblərindən biri olmaq şansını qaçırmayın.

 

Daha ətraflı:

DEEP TECH İnkubasiya Proqramı — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən 9 aylıq inkubasiya proqramıdır.

Proqram çərçivəsində iştirakçılar texnoloji ideyalarını sistemli şəkildə doğrulamaq, prototipləşdirmək və kommersiyalaşdırmaq bacarıqlarını əldə edirlər. Təlimlər, mentorluq sessiyaları və praktiki layihələr vasitəsilə iştirakçılar bazar araşdırması aparmaq, biznes modeli formalaşdırmaq, texniki yol xəritəsi hazırlamaq və investor təqdimatları üçün pitch deck hazırlamaq proseslərini öyrənirlər. 
 
Proqramın əhatə etdiyi sahələrə Advanced Materials, Energy, Robotics & Automation, Life Science, MedTech, ICT, Space və Oil & Gas daxildir. 
 
Hər bir komanda sahə üzrə ekspert mentorların dəstəyi ilə prototiplər hazırlayır, pilot testlər həyata keçirir və real sənaye problemlərinə həllər təqdim edir.  Proqram Demo Day ilə yekunlaşır və iştirakçılara layihələrini jürilər və innovasiya ekosistemi nümayəndələri qarşısında təqdim etmək imkanı yaradır. Bu yanaşma iştirakçıların həm texnoloji, həm biznes, həm də kommersiyalaşdırma bacarıqlarını inkişaf etdirərək, onları real startap ekosistemində fəaliyyət göstərməyə hazırlayır.
 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qeydiyyat forması vasitəsilə toplanan məlumatların itirilməsi və ya sızması ilə bağlı heç bir məsuliyyət daşımır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üzrə məsuliyyət formu yaradan/dolduran/idarə edən təşkilat və ya quruma (şəxsə) aiddir. İRİA toplanmış məlumatların sui-istifadəsi və ya icazəsiz əldə olunması nəticəsində yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.

 

Son qeydiyyat tarixi: 06 fevral 2026
 
🔴✅👇🏻Digər belə faydalı elanlardan xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.👇🏻
🟢WhatsApp Kanalımızı izlə🤗:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuza üzv ol😊
🔵 Teleqram kanalımızı izlə🤩: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuza üzv ol😍: https://t.me/EduOnlineAzQrup
 

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 111
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 232
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 27
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 185
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 279
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 381
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 485
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 64
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 350
Ted1.az saytı SATILI...