Cümə axşamı, 26 Mart, 2026

İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib


  • Dərc edildi: 10 Sentyabr, 2018 - 14:11
İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq 1300 müəllim, professor və elm xadiminin iştirakı ilə İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyivə Proaktivşirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə filologiya elmləri doktoru, professor Zahid Xəlil, MİL liseyinin direktoru Sevinc Əliyeva, Əməkdar müəllim, Tərəqqi medalı laureatı Lalə Qəti, Azərbaycan Uşaq Fondunun sədri Aqil Məhərrəmov və təhsil sahəsində öz sözünü demiş digər ekspertlər iştirak etmiş, öz təcrübələrini bölüşmüşlər. “Çinar Yayımları” nəşriyyatının təsisçisi və direktoru Bəhram Oruclu bildirib ki, layihənin məqsədi təhsil sahəsində olan ən son yeniliklərin müzakirəsi üçün yeni platforma yaratmaqdır. Tədbir bədii hissə ilə davam edib. Forum zamanı 1860-cı ildə Auqusto Boal tərəfindən əsası qoyulan forum teatrı Bakı Uşaq Teatrının ifasında Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi əsasında ilk dəfə olaraq təqdim olunub, tamaşaçılar birbaşa layihənin iştirakçısına çevrilib. “Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən “Çinar Yayımları” nəşriyyatının Biznesin İnkişafı Departamentinin direktoru Əli Hənifəyev öz növbəsində bütün iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, “Müəllim Evi” “Texno Çinar”, “Çinar ATOM” və “Çinar Sınaq İmtahanı” layihələrini təqdim edib.

Qeyd edək ki, layihə Odlar Yurdu universiteti,Okulistik Təhsil şirkətinin (Türkiyə, İstanbul) Azərkitab,Bakı Britaniya Məktəbi (“British School in Baku”, Böyük Britaniya), İstanbul Aydın Universiteti (
rkiyə, İstanbul
), Montro Biznes Məktəbi (İsveçrə, Montro) akademik dəstəyi və Müəllim Hazırlıq Mərkəzi (MHM), Maxofset mətbəəsi, Ofisait mağazalar şəbəkəsi, EduGrata təhsil mərkəzi, ABC Tədris və İnkişaf Mərkəzinintərəfdaşlığı ilə təşkil olunub. Ölkəmizdə ilk dəfə keçirilən İSMF-nin (İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu) təşəbbüskarı olan“Çinar Yayımları” MMCölkəmizin gələcəyi olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli dərs vəsaitləri nəşr edir. “Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr, beynəlxalq standartlara uyğun sınaq imtahanlarıhəyata keçirir. Daha ətraflı: Tel.: (+99455) 224 56 26 www.cinaryayimlari.com www.facebook.com/cinaryayimlari www.instagram.com/cinar_yayimlari

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 188
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 354
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 63
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1068
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...