Bazar ertəsi, 19 Oktyabr, 2026

İctimai Birlikdə Təcrübə Proqramı! - Son gün!


  • Dərc edildi: 31 Mart, 2018 - 08:09
İctimai Birlikdə Təcrübə Proqramı! - Son gün!

Azərbaycan Sosial İş İctimai Birliyi Təcrübə Proqramı elan edir. Təcrübə proqramında iştirak edəcək şəxsin vəzifələri aşağıdakılar olacaq: 1. İcraçı Struktur tərəfindən ona verilən fəaliyyətləri yüksək səviyyədə və vaxtında yerinə yetirmək; 2. İctimaiyyətlə Əlaqələr üzrə Koordinator tərəfindən ona tapşırılan digər işləri yerinə yetirmək.; 3. Müxtəlif xəbərlərin hazırlanmasında, habelə, ideyaların reallaşmasında təşəbbüslərlə çıxış etmək, aktiv fəaliyyət göstərmək; 4. İctimaiyyətlə Əlaqələr üzrə Köməkçi işləməsi üçün nəzərdə tutulan işlərin təşkilində, icrasında yaxından iştirak etmək, tapşırılan bütün işlərin öhdəsindən peşəkarca gəlmək; 5. İcraçı Direktorun və İctimaiyyətlə Əlaqələr üzrə Koordinatorun qəbul etdikləri qərarlarının, layihələrin, proqramların və s. icrasını həyata keçirmək; 6. İctimai Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək; 7.

İctimai Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə təmsil etmək və təşkilat haqqında məlumatın yayılması işində yaxından iştirak etmək; 8. İcraçı Direktor və ya İctimaiyyətlə Əlaqələr üzrə Koordinator tərəfindən ona tapşırılan digər məsələləri həll etmək; 9. Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək; 10. Layihə Köməkçisi birbaşa olaraq İcraçı Direktora tabedir; 11. Ayda bir dəfə ayın sonunda görülən işlər barəsində İcraçı Direktora yazılı hesabat verir. Tələb olunan keyfiyyətlər 1. İctimaiyyətə əlaqələr, jurnalistika və digər müvafiq sahə üzrə ali təhsil və ya həmin sahə üzrə tələbə 2. Yüksək kompüter bacarıqları 3. İngilis dilini yaxşı bilmək 4. Komandada işləmək bacarığı 5. Məsuliyyətli və intizamlı olmaq Maraqlanan namizədlərdən niyyət məktubu (Motivation Letter) və CV-lərini [email protected] ünvanına martın 31-nə kimi göndərməyi xahiş olunur.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 46
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 84
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 261
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 949
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 342
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 522
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 609
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 741
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 682
“Biologiyanın intera...