Bazar ertəsi, 6 Oktyabr, 2025

İkinci "Çay, Çəltik və Sitrus festivalı" turu! - Lənkəranda!


  • Dərc edildi: 6 Sentyabr, 2018 - 13:21
İkinci "Çay, Çəltik və Sitrus festivalı" turu! - Lənkəranda!

Lənkəranda ikinci Çay, Çəltik və Sitrus festivalı təşkil olunacaq. Bu möhtəşəm və maraqlı bayram tədbirinə hamınızı iştirak etməyə dəvət edirik. Tarix : 10 Noyabr (Şənbə) Qiymət: 25 AZN ● Qiymətə daxildir: ✔ Nəqliyyat xidməti ✔ Qidalanma (səhər yeməyi) ✔ Ekskursiyalar: • Lənkəran Qala qapıları • Lənkəran Samovarı • Lənkəran Xanbulan gölü • Mandarin bağları ✔Festivalda iştirak ✔ Çay süfrəsi ✔ Tur rəhbəri ✔ Foto çəkiliş ✔ Yol boyu əyləncəli oyunlar ● Qeyd: • 5 yaşa qədər 1 uşaq pulsuz iştirak edə bilər. (avtobusda yer tutmadığı halda). Toplanış: Saat 06:30 Gənclik metrosu, T.Bəhrəmov stadionunun qarşısı. Yola düşmə saatı - 07:00 Bakıya dönüş - saat 23:00-dək. Qeydiyyat: +994 518432599 (whatsapp+zəng) +994 774641868 (whatsapp+zəng) -------------------------------------------- Festival barədə: Noyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında II Çay, çəltik, sitrus festivalı keçiriləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və digər düyülərdən bişirdikləri 50 çeşiddən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisi və müxtəlif kabablar təqdim olunacaq. Festivalda bədii özfəaliyyət kollektivləri rəngarəng musiqi nömrələri ilə çıxış edəcək, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək. İkinci Çay, çəltik və sitrus festivalı axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.

Ən Son Məqalələr

 Yeni Məzunlar Üçün İş Axtarışında Addım-Addım Bələdçi (2025)
06 Oktyabr, 2025 - 01:51 6
Yeni Məzunlar Üçün ...
Karyeraya Başlamağın Ən Yaxşı Yolu: Təcrübəmi, Yoxsa Birbaşa İşmi Seçmək?
30 Sentyabr, 2025 - 02:29 31
Karyeraya Başlamağın...
Abituriyentlərin nəzərinə:  Universitetlərə qəbul imtahanlarının ikinci mərhələsinin proqramları bunlar olacaq
28 Sentyabr, 2025 - 07:19 75
Abituriyentlərin nəz...
Şagirdlərin nəzərinə: Buraxılış imtahanlarının proqramları belə olacaq
28 Sentyabr, 2025 - 02:54 83
Şagirdlərin nəzərinə...
Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı
24 Sentyabr, 2025 - 08:50 2321
Azərbaycanda Turizm ...
"Onlayn Layihə yazılışı" Təliminə Qeydiyyat!
16 Sentyabr, 2025 - 07:03 131
"Onlayn Layihə yazıl...