Çərşənbə axşamı, 21 Aprel, 2026

“IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar


  • Dərc edildi: 7 Dekabr, 2018 - 22:25
“IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar

Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 9 dekabr 2018-ci il tarixində saat 11:30-da “IoT – Əşyaların İnterneti: İnformasiya Texnologiyalarının Əsasları” mövzusu üzrə seminar keçirəcək. “Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən və avtomatik çalışıb bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Bu elə bir sistemdir ki, internetə çıxışı olan bütün obyektlər bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək imkanı ilə təmin olunub.

Başqa sözlə, bu sistemdə insan-insan və ya insan-kompüter əlaqəsinə ehtiyac olmur. Əgər hər hansısa bir cihaz və ya obyektin internetə çıxışı varsa onu “Əşyaların İnterneti”nin bir hissəsi hesab etmək olar. Seminar çərçivəsində IoT-də istifadə olunan texnologiyalar və modullar haqqında məlumat veriləcək. Eyni zamanda IoT simulyatorları barədə də danışılacaq. Son olaraq, smart sensorlar və onların IoT-də yeri mövzusuna toxunulacaq. Təqdimatçı – Anar Mansurov Məkan – Qafqaz Point Hotel Tarix – 9 dekabr 2018-ci il Saat – 11:30-13:00 İştirak pulsuzdur. Qeydiyyat tələb edilmir. Nəqliyyat: Elmlər metrosu 2, 3, 6, 11, 18, 39, 53, 77 nömrəli avtobuslar

Ən Son Məqalələr

Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 69
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 66
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 57
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 320
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 506
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 134
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 136
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1207
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 692
Autizmli gənclərin t...