Şənbə, 21 Mart, 2026

İSİM könüllüsü ol! - Səhiyyə və sağlamlıq sahəsində könüllü fəaliyyət göstər!


  • Dərc edildi: 3 Aprel, 2019 - 23:19
İSİM könüllüsü ol! - Səhiyyə və sağlamlıq sahəsində könüllü fəaliyyət göstər!

İSİM könüllüsü ol! Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “İSİM könüllüsü ol!” şüarı altında səhiyyədə könüllülük anlayışının gənclər arasında təbliğ edilməsi və gənclərin səhiyyə və sağlamlıq sahəsində könüllü fəaliyyətə təşviq edilməsi, eyni zamanda “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.7.5. (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) bəndinin icrasına dəstək olmaq məqsədilə 2 aylıq könüllülük (may, iyun) proqramına start verir. Onlayn müraciət forması əsasında müsahibə mərhələsinə dəvət olunmuş və müsahibə mərhələsini uğurla keçmiş iştirakçılarla könüllülük müqaviləsi bağlanacaqdır. Proqram çərçivəsində gənclərə asudə vaxtın səmərəli dəyərəndirilməsi, şəxsi bacarıqlarının təkmilləşdirilməsi, ictimai səhiyyə sahəsində iş təcrübəsi qazanması və komanda ilə işləmək bacarığının artırılması istiqamətində təlimlər keçiriləcək. Eyni zamanda, proqrama qəbul olunan könüllülər seçdikləri istiqamət üzrə İSİM-in fəaliyyətinə qoşulacaq və layihə idarəetməsi, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi şansı əldə edəcəklər. Könüllülük mühüm əhəmiyyətə malik olan fəaliyyət növlərindən biri olub ümumilikdə cəmiyyətin inkişafı üçün xüsusi önəm daşıyır. Ölkəmizdə könüllü fəaliyyətin təbliği və gənclərin könüllü fəaliyyətə təşv

iq edilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Bu layihələrin uğurlu nəticəsidir ki, ölkəmizdə həyata keçirilən bir çox dünya əhəmiyyətli tədbirlərdə gənclərimiz könüllü fəaliyyət göstərərək ölkəmizin uğuru üçün çalışıblar. Odur ki, gənclər arasında səhiyyədə könüllülük anlayışının formalaşdırılması və sağlamlıq sahəsində könüllü fəaliyyətin təşviq olunması mühüm əhəmiyyətə malikdir. Xüsusilə, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi və tibb tələbələri arasında daha geniş maarifləndirmə işləri aparmaq xüsusi önəm daşıyır. Elə bu səbəbdən başda tibb tələbələri olmaqla gələcək fəaliyyətini ictimai səhiyyə sahəsində qurmaq istəyən hər bir gənci “İSİM könüllüsü ol!” təcrübə proqramına qoşulmağa dəvət edirik. Könüllülük proqramına müraciət etmək üçün 20 aprel 2019-cu il tarixinədək https://forms.gle/nFotpAgEUFZLQ8hT7 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır Əlaqə: Şəhla Mirzəzadə Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Tel: (+99412) 430-10-25

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 164
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 477
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 279
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 522
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 147
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 400
Digital Marketing üz...