Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edir.
Müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.
Mövzu sərbəstdir.
Müsabiqəyə qatılmaq istəyən və yaşı 16-29 arasında olan iştirakçı yaratdığı tablonun fotosu ilə bərabər
1. Ad və soyad,
2. təvəllüd,
3. əlaqə nömrəsi
4. əsər(lər)in adı,ölçüsü və texnikası barədə məlumatı 2018-cı il aprel ayının 30-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
2. whatsapp: 00994 51 310 74 01
3. instagram: xetaisenetmerkezi
4. email: xsm.2016@mail.ru
5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.
Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq və müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır. Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda“Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.
I yer - 400 AZN
II yer - 200 AZN
III yer - 100 AZN
Həvəsləndirici mükafat - (5 nəfər)
Müsabiqə iştirakçıları üçün aşağıdakı nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulmuşdur:
İdeya orjinallığı və peşəkarlığa görə - (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi)
Milli adət-ənənəni daha dolğun əks etdirdiyinə görə - (Azərbaycan Respublikası Təhsil Nazirliyi)
Ən istedadlı yaradıcı gənc iştirakçıya - (Azərbaycan Gənclər və İdman Nazirliyi)
Sujetinə və dolğun məzmuna görə - (Azərbaycan Rəssamlar İttifaqı)
Mövzu orijinallığına və onun bədii həllinə görə - (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası)
Vətənpərvərlik mövzusunda çəkilmiş əsərinə görə - (Xətai Rayon İcra Hakimiyyəti)
Mədəniyyət tariximizin daha dolğun təbliğinə görə - (Bakı Dövlət Universiteti)
Ən yaxşı kompozisiya həllinə görə - (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)
Multikulturalizm və tolerantlıq ideyalarının təbliğinə görə - (Azərbaycan Dillər Universiteti)
Ən yaxşı rəng duyumuna görə - (Azərbaycan Dövlət Rəsm Qalereyası)
Müasirliyi təbliğinə görə - (Xətai Sənət Mərkəzi)
Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq.
Sərgi - müsabiqə Xətai Sənət Mərkəzində keçiriləcək.