Çərşənbə, 26 Noyabr, 2025
Reklam

İT sahəsi üzrə yarışma - QİYMƏTLİ HƏDİYYƏLƏR!


  • Dərc edildi: 4 İyun, 2023 - 08:54
İT sahəsi üzrə yarışma - QİYMƏTLİ HƏDİYYƏLƏR!

Proqramlaşdırma sahəsində mübarizə davam edir! 10-13 iyun tarixlərində “PASHA Bank Cup V” yarışmasının “Axtarış və sıralama” mövzusunda keçiriləcək 2-ci təsnifat mərhələsində öz qüvvənizi sınayın və qalib gəlin. 10 iyundan etibarən cup.pashabank.digital səhifəsindəki keçidə daxil olun və qələbə uğrunda mübarizəyə qoşulun! Səhifəyə linkdən keçid edə bilərsiniz. "İştirakçı ol" linki yarış günü aktiv olacaq. Yarış günü sayta baş çəkməyi yaddan çıxarmayın. Qeyd edək ki, respublikanın İT sahəsinin inkişafına dəstək verməyə davam edən "PASHA Bank Cup" yarışması bu il fizika-riyaziyyat elmləri namizədi, əməkdar müəllim Ramin Mahmudzadəyə həsr olunub.   Hədiyyələr: 1-ci yer MacBook Pro   2-ci yer Apple iPhone 14   3-cü yer Apple iPad   Hər qrup üzrə növbəti 3 yer Apple Airpods 2  

Çox verilən suallar:

Yarışmaya fərdi yoxsa komanda şəklində qoşulmaq olar?
Yarışmaya ancaq fərdi şəkildə qoşulmaq olar, çünki final mərhələsində də fərdi şəkildə iştirak edəcəksiniz.
Yarışmada iştirak üçün yalnız ölkə vətəndaşları müraciət edə bilər, yoxsa xarici vətəndaşlara da şans veriləcək?
Yarışmaya hər kəs qoşula bilər, lakin final mərhələsi Bakıda keçiriləcək və orda iştirak etmək mütləqdir.
İştirakçılar hansı yaş kateqoriyalarına aid ola bilər?
Hər bir yaş kateqoriyasına aid olan şəxslər qoşula bilər. Lakin müsabiqələr əsas 4 yaş kateqoriyası üzrə qiymətləndiriləcəkdir. Bunlar aşağıdakılardır:
  • Məktəblilər
  • Tələbələr
  • Peşəkarlar
  • “PAŞA Bank”lılar
Hədiyyələr hər yaş qrupu üzrə 1, 2, 3-cü yerlərə və eləcə də hər qrup üzrə növbəti 3 yerə veriləcək.
Neçə mərhələ olacaq?
Yarışma 4 seçim mərhələsi və final mərhələ daxil toplam 5 mərhələdən ibarət olacaq.
Bu mərhələlərdə mövzular hansılardır?
  • 1-ci mərhələ: implementation, data structures - icra, data strukturlar
  • 2-ci mərhələ: searching, sorting - axtarış və sıralama
  • 3-cü mərhələ: greedy, dynamic programming - dinamik proqramlaşdırma
  • 4-cü mərhələ: graphs - qraflar
  • Final mərhələsi: qarışıq suallar
Hansı proqramlaşdırma dillərində yazmaq olar?
Bir çox proqramlaşdırma dillərində yazmaq mümkündür. Misal üçün: C, C++, Java, C#, Go, Kotlin, Python, JavaScript
Birinci mərhələ nə vaxt başlayacaq və neçə gün davam edəcək?
Birinci mərhələ 7 May 2023-də başlayacaq və 4 gün davam edəcək.
Sualların cavablandırılması hansı formatda olacaq?
Müsabiqə elan olunandan 4 gün müddətində hər kəs daxil olub məsələləri həll edə bilər. Lakin daxil olduqdan sonra iştirakçı 4 saat müddətində bütün məsələləri həll edib göndərməlidir.
Müsabiqəyə necə qoşulmaq olar?
Reklam
Müsabiqəyə qoşulmaq üçün elan olunmuş linkə daxil olmaq lazımdır. Daxil olduqdan sonra orada adınızı, soyadınızı, bitirdiyiniz universiteti, təvəllüdünüzü qeyd etməlisiniz. Ondan sonra siz 4 saat ərzində 6 məsələni həll etməli olacaqsınız.
Suallar hansı dildə olacaq?
Müsabiqə HackerRank platforması üzərindən olduğu üçün bütün suallar ingiliscədir.
Final mərhələsi necə olacaq?
Final mərhələsi oflayn şəkildə Bakı Mühəndislik Universitetində keçiriləcək. Hər kəs eyni vaxtda müsabiqəyə başlayacaq və eyni vaxtda bitirəcək. Nəticələr elə həmin gün açıqlanacaq və hədiyyələr təqdim ediləcəkdir

Ən Son Məqalələr

Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 356
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 141
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 127
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 466
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 499
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 123
Tusi-Bohm Planetariu...