Çərşənbə axşamı, 20 Oktyabr, 2026

“İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar


  • Dərc edildi: 24 İyul, 2018 - 19:57
“İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Qida Təhlükəsizliyi Agentliyi”nin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar keçiriləcək. Tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan sertifikatlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, qida təhlükəsizliyi sahəsində qanunvericilik islahatları, xarici ölkələrin idxal tələbləri, sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitin

in formalaşmasına təsiri müzakirə olunacaq. Seminarın əsas məqsədi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etməkdir. Seminar çərçivəsində təqdimat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq ekspertləri tərəfindən aparılacaqdır. Əsasən sahibkarların iştirakı üçün nəzərdə tutulan seminar iyul ayının 26-də saat 10.00-da keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlərdən aşağıdakı link vasitəsi ilə http://iqtisadiislahat.org/registration/ qeydiyyatdan keçmələri xahiş olunur.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 65
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 91
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 273
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 968
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 347
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 528
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 617
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 747
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 692
“Biologiyanın intera...