Kapital Bankda Ən Yeni Vakansiyalar (Aprel ayı üçün)

1)



Kapital Bank namizədləri Müştəri əlaqələri Departamenti Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər



  • Müxtəlif kanallar vasitəsilə banka daxil olmuş şikayətləri, sorğuları və müraciətləri aidiyyatı qaydada daxili reyesterdə uçota alınmasını təmin edir.

  • Daxil olmuş şikayətləri, sorğuları və müraciətləri bankın adiyyatı struktur bölmələrinə yönəldib, statuslarına nəzarət edir və lazımi araşdırmalar apararaq həmin müraciətlərin qanunvericiliklə təyin edilmiş müddət ərzində cavablandırılmasını təmin edir.

  • Daxil olan şikayətləri qruplaşdırmaqla müxtəlif yönümlü statistik hesabatlar hazırlayır.

  • Məzmununda dələduzluq əməlləri olan müraciətləri Dələduzluğa qarşı mübarizə şöbəsinə təqdim edilməsini təmin edir.

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.

  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir


 

Tələblər



  • Ali iqtisadi təhsil;

  • Səlis Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);

  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

  • Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;

  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;

  • MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;

  • İş təcrübəsi bank sahəsində 2 il, (Müştərilərlə iş təcrübəsi olanlara üstünlük verilir)


 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] e-mail ünvanına mövzu hissəsində “Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.

====================================

 

2)

 

Kapital Bank namizədləri Astara, Biləsuvar, Qəbələ, Masallı və Samux filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

 

Öhdəliklər :



  • Müştərilərə xidmət;

  • Sürətli pul köçürmə əməliyyatlarının aparılması;

  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;

  • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;

  • Ödəniş kartları üzrə əməliyyatların aparılması.


 

Tələblər :

 

  • Ali təhsil;

  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;

  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)

  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;

  • Gərgin iş qrafikində işləmək bacarığı;

  • Əla ünsiyyət bacarıqları;

  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.


 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Əməliyyat üzrə mütəxəssis " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

=============================

 

3)

 

Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Şabran,Sabirabad, Astara, Biləsuvar və Şamaxı

 

Öhdəliklər :



  • Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;

  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;

  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;

  • Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;


 

Tələblər :

 

  • Ali təhsil

  • Səbirli, təmkinli, təzyiqə davamlı

  • Ünsiyyətqurma və izahetmə qabiliyyəti

  • Azərbaycan dilində sərbəst danışmaq bacarığı

  • MS Office proqramları üzrə biliklər

  • Əla ünsiyyət bacarıqları

  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti


 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

=======================

 

4)

 

Kapital Bank namizədləri Ələt qəsəbəsində yerləşən Bakı Limanı, Qaradağ və Hava Limanı şöbələri üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər :



  • Müştərilərə xidmət;

  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;

  • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;

  • Ödəniş kartları üzrə əməliyyatların aparılması;

  • Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;

  • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;

  • Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.


 

Tələblər :

 

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;

  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı ;

  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;

  • Gərgin iş qrafikində işləmək bacarığı;

  • Əla ünsiyyət bacarıqları;

  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.


 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Əməliyyatçı-Kassir " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

 
Paylaş